You are here: Home Hüquqi yardım Əmək pensiyası
 
 

Azərbaycanda əmək pensiyası

by editor last modified Feb 13, 2012 10:02 PM
— filed under:

Gələcəyinizin təmin olunacağına əminsinizmi? Layiqli istirahət üçün alacağınız təqaüd kifayət edəcəkmi? Normal yaşayış üçün nə qədər pensiya almağınız kifayət edər?

Gələcəkdə layiqli pensiya almaq üçün siz indidən fərdi hesab yığımı etməlisiniz. Azərbaycan Respublikasının pensiya haqqında qanununun sizə nəyi təmin edəcəyini öyrənin.

Əmək pensiyası nə deməkdir?

Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların  onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

 

Yaşa görə kimin əmək pensiyası almaq hüququ var?

62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Əmək pensiyası hansı mənbələrdən ödənilir?

  • Baza hissəsi
  • Sığorta hissəsi
  • Yığım hissəsi

Əmək pensiyasının baza hissəsi və bu Qanunun 19-cu maddəsi ilə müəyyən olunan baza hissəsinə əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri, dövlət büdcəsinin transfertləri və qanunvericiliyə uyğun digər mənbələr hesabına maliyyələşdirilir.

Əmək pensiyasının sığorta və yığım hissələri, bu Qanunun 20-ci maddəsi ilə müəyyən olunan qulluq stacına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir.

Əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir.

Minimal əmək pensiyasının baza hissəsinin məbləği nə gədərdir?

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən minimal əmək pensiyasının baza hissəsi dövlət tərəfindən təmin olunur. Azərbaycanda minimal pensiya minimal əməkhaqqının məbləğinə bərabərdir. Hazırda minimal əməkhaqqının baza hissəsi 93,5 manat təşkil edir.

Gələcəkdə alacağınız əməkhaqqının məbləğini necə öyrənmək olar?

İnternet vasitəsi ilə bunu etmək o qərdə çətin deyil. Bunun üçün  Dövlət Sosial Müdafiə Fondunun saytına girmək kifayətdir. Burada siz şəxsi sığorta hesabınızı gözdən keçirməli və müəyyən hesablamalar aparmalısınız.

Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov bildirib ki, hər kəs ödədiyi sosial ödənşlərin miqdarını, hesabında yığılan pulun miqdarını və məbləğin indeksləşmiş hissəsinin miqdarını bilməlidir. Bu portalın təkminləşmiş versiyasının təqdimatı 2010-cu ildə sentyabrın 30 da  Bakıda keçirilib.

DSMF-nun rəhbəri S. Muslümov təqdimat zamanı qeyd edib ki, hər bir sığorta olunmuş şəxs gələcəkdə alacağı pensiyanı öyrənmək üçün  yığılmış məbləgi 144 bölməlidir və müntəzəm olaraq bu prosesi nəzarətdə saxlamalıdır.

Fond artıq 2006-2008-ci illərin sahibkarları tərəfindən edilən sosial sığorta ödənişlərinin yığımını başa çatdırıb. Hazırda isə 2009-cu ilin əsasları toplanılır. Beləliklə, artıq hər bir «ağ» əməkhaqqı alan Azərbaycan vətəndaşı, sahibkarının onun üçün ödəliyi sosial ödənişin nə qədər olduğunu öyrənəcək.

Necə  düşünürsünüz - bu gün aldığınız maaş gələcəkdə layiqli təqaüd almaq üçün kifayət edəcək?

İş və əməkhaqqı barədə anketi doldurun və digər ölkələrdə çalışan həmkarlarınızın gəliri ilə öz gəlirinizi müqayisə edin

Qazancim.az

 

Mətnə uyğun materiallar:

Iş və maaş haqqında sorğu anketini doldurun!
Share |
blog comments powered by Disqus