XIII bölmə. Yekun normaları
XIII bölmə. Yekun normaları
Qırx yeddinci fəsil. Bu Məcəllənin tələblərinə əməl olunmasına nəzarət. Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Maddə 308. Bu Məcəllənin tələblərinə əməl olunmasına nəzarət
İşəgötürənlər, işçilər, icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən bu Məcəllənin, eləcə də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin düzgün yerinə yetirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində prokurorluq orqanları, habelə səlahiyyəti bu Məcəllənin 15-ci maddəsi ilə müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi ilə)] həyata keçirir.
Maddə 309. Bu Məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarət
1. İşçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarət «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanununda və bu Məcəllədə nəzərdə tutulmuş qaydada müvafiq həmkarlar ittifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir.
2. İşəgötürən və əmək münasibətlərinin digər iştirakçıları tərəfindən həmkarlar ittifaqlarının bu Məcəlləyə və digər normativ hüquqi aktlara əsaslanmış ictimai nəzarətinin həyata keçirilməsinə mane olunması, habelə onların qanuni və əsaslı tələblərinə əməl edilməməsi yolverilməzdir.
Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət
İstər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Maddə 311. Əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti
İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.
Maddə 312. Əmək qanunvericiliyini pozmağa görə inzibati məsuliyyət
Əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.
Maddə 313. Əmək qanunvericiliyini pozmağa görə cinayət məsuliyyəti
İctimai təhlükəli əməlləri ilə qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi qaydalarını və ya işçilərin, işəgötürənlərin hüquqlarını və qanuni mənafelərini və ya bu Məcəllənin tələblərini hər hansı formada kobud şəkildə pozan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə cəlb edilirlər.
Qırx səkkizinci fəsil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tətbiqi ilə bağlı hüquqi tənzimləmə məsələləri
Maddə 314. Bu Məcəllənin tətbiqi zamanı yaranan hüquqi tənzimləmə məsələlərinin həlli
1. Bu Məcəllənin müddəalarının rəsmi şərhi «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xüsusi konstitusiya icraatı qaydasında həyata keçirilir.
2. Müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Prezidenti] tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi] öz səlahiyyətləri çərçivəsində bu Məcəllənin ayrı-ayrı müddəalarının tətbiqini təmin etmək məqsədi ilə zəruri olan təlim atlar, əsasnamələr, qaydalar və digər normativ hüquqi aktlar qəbul edir.
3. Bu Məcəlləyə müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Prezidenti] qərarı ilə müvafiq normativ hüquqi aktlar, əmək münasibətlərinin tənzimlənməsini təmin edən sənəd nümunələri əlavə edilə bilər.
Maddə 315. Bu Məcəllə qüvvəyə minənədək bağlanan əmək müqavilələrinin hüquqi qüvvəsi
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə minənədək mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanmış və işəgötürənin əmrləri, sərəncamları ilə rəsmiləşdirilmiş əmək müqavilələri tərəflərin qarşılıqlı razılığı ilə yazılı formada tərtib edilməzsə, bu əmək münasibətlərinə xitam verilənədək onlarla bağlı bütün hüquqi nəticələri ilə hüquqi qüvvəsini saxlayır.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə minənədək mövcud olmuş əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanmış və işəgötürənin əmrləri (sərəncamları, qərarları) ilə rəsmiləşdirilmiş əmək müqavilələri yazılı formada bağlanmadığı səbəbinə görə ləğv edilə bilməz.
Maddə 316. Bu Məcəllənin tətbiqi zamanı yaranan əmək mübahisələrinin həlli
1. Bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı işçilər və işəgötürənlər arasında yaranan fərdi və kollektiv əmək mübahisələri bu Məcəllə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bilavasitə məhkəmələr tərəfindən həll edilir.
2. Bu Məcəllədə nəzərdə tutulan hallarda fərdi və kollektiv əmək mübahisələri, məhkəməyə müraciət etməkdən çəkinmək və yaranmış mübahisənin könüllü olaraq aradan qaldırılması məqsədi ilə tərəflərin özlərinin müəyyən etdikləri qaydada da həll edilə bilər. Lakin hər bir tərəfin məhkəməyə müraciət etmək hüququ heç bir halda məhdudlaşdırıla bilməz.
Maddə 317. Bu Məcəllənin mətninin hüquqi qüvvəsi
1. Bu Məcəllə Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilmiş qanunvericilik sisteminin tərkib hissəsi olub, Azərbaycan Respublikasının bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir.
2. Bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol verilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
Əlavələr
Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə
1-ci əlavə
Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması
|
§1. Əmək müqaviləsini (kontraktının) bağlayan tərəflər haqqında məlumatlar 1.1. Bu Əmək müqaviləsi (kontraktı), (bundan sonra ismin müvafiq halında «Əmək müqaviləsi») işəgötürənin səlahiyyətlərini həyata keçirən _____________________________________________ (idarənin, müəssisənin, təşkilatın adı) İşəgötürəni __________________________________________________________________ (vəzifəsinin adı) ___________________________________________________________________________ ilə (adı, atasının adı və soyadı) İşçi __________________________________________________________________________ (adı, atasının adı və soyadı) _____________________________________________________________________________ (vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd, onun nömrəsi, verildiyi tarix və onu verən orqanın adı) ______________________________________________________________________ arasında (təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı) «___»____________ _____il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra "Əmək Məcəlləsi") müvafiq olaraq bağlanmışdır. 1.2. İşçi __________________________________ vəzifəsinə (peşəsinə), işə qəbul (təyin) edilir. (iş yerinin və vəzifənin, peşənin adı) 1.3. Bu Əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. §2. Əmək müqaviləsinin müddəti 2.1. Bu Əmək müqaviləsi müddətsiz bağlanmışdır ____________________________ (hə, yox) 2.2. İşin birinci ________həftəsi (ayı) sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini _______gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər. 2.3. Bu Əmək müqaviləsi __________________________ səbəbə görə «___»________________ _____il tarixindən «___»_______________ ______il tarixinədək _____il (ay) müddətinə bağlanmışdır. 2.4. İşçi «___»________________ _____il tarixindən işə başlayır. §3. İşçinin əmək funksiyası 3.1. İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: a) ___________________________________________________________________________; b) ___________________________________________________________________________; c) ____________________________________________________________________________; (əmək funksiyası tam təfsilatı ilə sadalanmalıdır) 3.2. Bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. 3.3. İşçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. 3.4. İşçi əmək funksiyasının icrası zamanı işəgötürənin istehsal fəaliyyəti ilə bağlı özünün ixtiraları, səmərələşdirici təklifləri barədə dərhal ona məlumat verməlidir. İşəgötürən öz növbəsində həmin ixtiraların, işçinin müəlliflik hüququnun və mülkiyyətçinin mənafeyinin qorunması üçün konkret tədbirlər görməlidir. §4. Əmək şəraitinin şərtləri İşəgötürən aşağıdakı əmək şəraiti yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür: Əmək haqqı üzrə 4.1. İşçiyə hər ay ____________________________________________məbləğdə əmək haqqı ödənilir. 4.2. Əmək haqqı:
4.3. İşçiyə ___________________________məbləğdə __________________________mükafat verilir. (aylıq, rüblük, illik) 4.4. İşçi əmək funksiyasını ____________________________________ əmək şəraitli iş yerində (zərərli, ağır, yeraltı və s.) icra etdiyi üçün onun əmək haqqına ___________________________məbləğdə əlavə müəyyən edilir. 4.5. İşçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə __________ məbləğdə və ya ________________ qayda ilə hesablanmış Əmək Məcəlləsində nəzərdə tutulandan artıq əlavə əmək haqqı verilir. 4.6. Əmək haqqı:
(həftənin günü)
(ayın maaş verilən günləri)
(ayın günü)
(bankın adı) hesabına köçürülür. 4.7. Tərəflərin əmək haqqının ödənilməsi barədə razılığa gəldikləri digər şərtlər: __________ _____________________________________________________________________________. 4.8. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında işçi qabaqcadan məlumatlandırılır. Əməyin mühafizəsi üzrə 4.9. İşçinin sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır. 4.10. İşçi ________________________ xüsusi mühafizə vasitələri ilə təmin edilir. 4.11. İşçi zərərli amillərdən sağlamlığının mühafizəsi üçün xüsusi __________________ ______________________________________________________ qida məhsulları ilə təmin edilir. 4.12. İşçi əməyin mühafizəsi normaları ilə ______________________ bir dəfədən az olmayaraq təlim atlandırılır. 4.13. İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur. 4.14. İşəgötürən istehsal qəzaları, peşə xəstəliyi nəticəsində işçiyə və ya onun himayəsində olan şəxslərə dəyən maddi ziyanı və digər xərcləri ödəyir. 4.15. İşəgötürənin təqsiri üzündən əməyin mühafizəsi normaları və qaydaları pozulduğuna görə işçi həlak olarsa, onun himayəsində olan şəxslər qarşısında işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada maddi məsuliyyət daşıyır. İş və istirahət vaxtı üzrə 4.16. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. 4.17. İş saat __________________ başlanır, saat ___________________ qurtarır. 4.18. Nahar vaxtı saat __________________-dan saat ___________________-dəkdir. 4.19. İşçi hər gün ___________________saat natamam iş günü işləyir. 4.20. İşçi həftədə ____________________gün natamam iş həftəsi ilə işləyir. 4.21. İş ____________________növbəlidir:
4.22. İşə gəlib getməsi üçün nəqliyyatla təmin edilir __________________________ (hə, yox) 4.23. İstirahət günləri hər həftənin ______________________________ günləridir. 4.24. İşçiyə iş vaxtından artıq işlərin yerinə yetirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan məbləğdən ___________ artıq məbləğdə haqq ödənilir; 4.25. İşçi iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində işəgötürənlə rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər. Məzuniyyət üzrə 4.26. İşçinin iş ilini __________________________________________________ aylardan ibarət (birinci iş ili başlanan və bitən gün, ay və il) dövr əhatə edir və ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir. 4.27. Əsas məzuniyyətinin müddəti ______________________təqvim günüdür. 4.28. Əlavə məzuniyyət müddəti:
4.29. Əmək məzuniyyətinin ümumi müddəti ____________________ təqvim günü. 4.30. Əmək məzuniyyətinə çıxarkən:
(konkret tədbir və ya pul ödənci) 4.31. Təhsil almaqla əlaqədar ödənişli məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan müddətdə verilir və işəgötürən bununla yanaşı işçinin təhsilini artırmaq üçün zəruri tədbirləri görməyi öhdəsinə götürür. 4.32. Ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda, habelə işəgötürənlə razılıq əsasında istifadə edilir. Tərəflərin müəyyən etdiyi, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan digər əlavə şərtlər 4.33. _________________________________________________________________________. 4.34. _________________________________________________________________________. 4.35. _________________________________________________________________________. (bütün əlavə şərtlər təfsilatı ilə sadalanmalıdır). §5. Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti 5.1. Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. 5.2. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. 5.3. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər. §6. Sosial müdafiə məsələləri 6.1. İşçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay _________________________məbləğdə sığorta haqqı ödənilir və işəgötürən tərəfindən o, ____________________________ məbləğdə əlavə sığorta edilir. 6.2. İşçinin sosial müdafiə olunması, güzəşt və imtiyazları, sosial sığorta hüququ təmin edilir. 6.3. İşçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət verilir. §7. Mülkiyyət münasibətlərinin tənzimlənməsi 7.1. İşçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin — maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir. 7.2. İşçinin müəssisənin mülkiyyətində _____________________ qədər payı var və işəgötürənlə mülkiyyət münasibətləri həmin paya mütənasib olaraq qanunvericiliklə müəyyən edilən qaydada tənzimlənir. 7.3. İşçi müəssisənin mülkiyyətindəki payına görə nizamnamə ilə müəyyən edilən _____________ məbləğdə dividend almaq hüququna malikdir. 7.4. İşçi əmək funksiyasının icrası zamanı özünün aşağıdakı şəxsi əmlakından istifadə edir: a) ____________________________________________________________________________; b) ____________________________________________________________________________. 7.5. İşəgötürən işçinin əmlakının mühafizəsinə və aşınmasına görə əvəzinin ödənilməsinə cavabdehdir. 7.6. İşçi işəgötürənin kommersiya və istehsal sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericilikdə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır. §8. Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar 8.1. Bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. 8.2. Bu Əmək müqaviləsinə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir: a) ___________________________________________________________________________; b) ___________________________________________________________________________; c) ____________________________________________________________________________. (bütün dəyişikliklər və əlavələr təfsilatı ilə sadalanmalıdır). 8.3. Tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr dərhal (_____________ gündən gec olmayaraq) qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. İmzalar: ___________________________________ İşəgötürən ___________________________________ İşçi §9. Əmək müqaviləsinə xitam verilməsi 9.1. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. 9.2. İşəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. 9.3. İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir. 9.4. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir. 9.5. Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar: _______________________________________________________________________________ _______________________________________________________________________________ _______________________________________________________________________________ §10. Yekun qaydalari 10.1. Bu Əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. 10.2. Bu Əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə işəgötürəndə saxlanılır. 10.3. Tərəflər bu Əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər. 10.4. Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olunmaqla, üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar. 10.5. Tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından, mülkiyyətçidən tələb etmək hüququna malikdirlər. 10.6. Bu Əmək müqaviləsinin şərtlərini, bu şərtlərdən irəli gələn öhdəliklərimizi vicdanla yerinə yetirəcək, şəxsi, maddi, maliyyə, istehsal maraqlarımıza, habelə ictimai birliklərdə və siyasi partiyalarda müstəqil iştirakımıza qarşılıqlı hörmət göstərəcəyik. §11. Tərəflərin imzaları və ünvanları 11.1. İşəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, habelə müştərisi olduğu bankın adı, hesablaşma hesablarının nömrələri, kodu, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa hüquq verən xüsusi razılığın məlumatları göstərilməklə hüquqi ünvanı: |
|
Möhürü |
İmzası: |
|
11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı: |
|
İmzası: |
Tarix: |
|
Qeyd: Əmək Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulan Əmək müqaviləsinin məzmununa daxil olan şərtlər, məlumatlar həmin müqavilə tərtib edilərkən hökmən göstərilməlidir. Bu nümunədə göstərilən əlavə müddəaların, şərtlərin hər biri konkret hallarda işəgötürən və işçi tərəfindən Əmək müqaviləsi bağlanarkən razılaşdırılaraq tərtib edilir. Lakin bütün hallarda işəgötürən Əmək müqaviləsinin məzmununu bu nümunədə göstərilən qaydada dolğun şəkildə tərtib etməyə borcludur. İşəgötürən bu nümunəyə tam uyğun olan Əmək müqaviləsinin formalarının kifayət miqdarda nəşriyyat üsulu ilə hazırlanmasını təmin etməlidir. Əmək müqaviləsinin formasındakı boş yerlər əl ilə və ya makinada, kompüterdə səliqə ilə yazılmalıdır, məlumatların pozulmasına, qaralanmasına yol verilməməlidir. |
Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə
2-ci əlavə
İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri
1. Havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.
2. Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır.
3. Tikinti işləri görüldükdə aşağıdakı hallarda işlər dayandırılır:
3.1. küləyin gücü 2 baldan artıq olduqda — kranlar qurulması üzrə quraşdırma işləri;
3.2. küləyin gücü 3 baldan artıq olduqda — qaldırıcıların quraşdırılması və sökülməsi işləri;
3.3. küləyin gücü 6 baldan artıq olduqda — taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi;
3.4. küləyin gücü 3 baldan artıq olduqda — daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri.
4. Dənizdə işləyərkən aşağıdakı hallarda işlər dayandırılır:
4.1. küləyin gücü 4 baldan artıq olduqda — ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsiilə görülən tikinti-quraşdırma və sökmə işləri;
4.2. küləyin gücü 4 baldan artıq olduqda — daimi dəniz özülləri və estakadayanı meydançalar yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri;
4.3. küləyin gücü 8 baldan artıq olduqda — qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər;
4.4. küləyin gücü 6 baldan artıq olduqda — daimi dəniz özüllərində istismar edilən quyularda işlər;
4.5. küləyin gücü 6 baldan artıq olduqda — daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri;
4.6. küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki işlər;
4.7. küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı meydançanın döşəməsi altındakı işlər;
4.8. küləyin gücü 4 baldan artıq olduqda — qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;
4.9. küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişinin şaquli vəziyyətində qoyulduğu bütün növ qaynaq işləri;
4.10. küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişinin tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq işləri;
4.11. küləyin gücü 5 baldan artıq olduqda — ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə işləri;
4.12. küləyin gücü 4 baldan artıq olduqda — estakada tikən kranla quraşdırma işləri;
4.13. küləyin gücü 5 baldan artıq olduqda — kopyor vasitəsiilə dayaqlar vurulması işləri;
4.14. küləyin gücü 4 baldan artıq olduqda — dəniz neft-mədən qurğularının sökülməsi işləri;
4.15. küləyin gücü 5 baldan artıq olduqda — daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi) işləri;
4.16. küləyin gücü 5 baldan artıq olduqda — traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi işləri;
4.17. küləyin gücü 5 baldan artıq olduqda — estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri;
4.18. küləyin gücü 10 baldan artıq olduqda — quyunun yuyulması işlərindən başqa buruqda bütün işlər.
5. Havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir.
6. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.
7. İlin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur Selsi ilə müsbət 14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır.
8. İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.
«Azərbaycan» qəzetində dərc edilmişdir (25-29 aprel 1999-cu il, № 93-96
Azərbaycan Respublikasının Qanunvericilik Toplusuda dərc edilmişdir (1999-ci il, № 4, maddə 213).
1 fevral 1999-cu il tarixli 618-IQ nömrəli «Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir
Məcəlləyə dəyişiklik
və əlavələrin edildiyi sənədlərin
Siyahısı
1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2000-ci il tarixli qərarına əsasən «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsinin, bu məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndləri ilə əlaqədar əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnu məhdudlaşdıran müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 25, 37-ci maddələrinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin». - «Azərbaycan» qəzeti, 1 mart 2000-ci il, № 48.
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2000-ci il tarixli qərarı «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran «bir müəssisədə» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin» -«Azərbaycan» qəzeti, 1 dekabr 2000-ci il, № 276.
3. Azərbaycan Respublikasının 20 fevral 2001-ci il tarixli 88-IIQD saylı qanunu - «Azərbaycan» qəzeti, 30 mart 2001-ci il, № 70.
4. Azərbaycan Respublikasının 27 mart 2001-ci il tarixli 107-IIQD saylı qanunu - «Azərbaycan» qəzeti, 17 iyun 2001-ci il, № 135.
5. Azərbaycan Respublikasının 05 oktyabr 2001-ci il tarixli 178-IIQD saylı qanunu- «Azərbaycan» qəzeti, 28 noyabr 2001-ci il, № 271.
6. Azərbaycan Respublikasının 05 oktyabr 2001-ci il tarixli 186-IIQD saylı qanunu - «Azərbaycan» qəzeti, 28 noyabr 2001-ci il, № 271.
7. Azərbaycan Respublikasının 10 oktyabr 2001-ci il tarixli 195-IIQD saylı qanunu - «Azərbaycan» qəzeti, 10 yanvar 2002-ci il, № 7.
8. Azərbaycan Respublikasının 15 noyabr 2001-ci il tarixli 214-IIQD saylı qanun.- «Azərbaycan» qəzeti, 29 dekabr 2001-ci il, № 298.
9. Azərbaycan Respublikasının 23 aprel 2002-ci il tarixli 311-IIQD saylı qanunu - «Azərbaycan» qəzeti, 4 may 2002-ci il, № 101.
10. Azərbaycan Respublikasının 24 may 2002-ci il tarixli 333-IIQD saylı qanunu - «Azərbaycan» qəzeti, 7 iyul 2002-ci il, № 152.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2002-ci il tarixli qərarına əsasən əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir.
12. Azərbaycan Respublikasının 24 dekabr 2002-ci il tarixli 409-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 10 yanvar 2003-cü il, № 7.
13. Azərbaycan Respublikasının 3 dekabr 2002-ci il tarixli 391-IIQD saylı qanunu - «Azərbaycan» qəzeti, 15 yanvar 2003-cü il, № 11.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyun 2003-cü il tarixli qərarına əsasən «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin birinci hissəsinə müvafiq olaraq işçiyə əsas məzuniyyət yalnız bu məcəllənin 115-ci maddəsində nəzərdə tutulan, əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə, habelə həmin məcəllənin 116-cı maddəsində müəyyənləşdirilən əmək stajına görə əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. Bu maddənin ikinci hissəsinə əsasən işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir».- «Azərbaycan» qəzeti, 19 iyun 2003-cü il, № 138.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2001-ci il tarixli qərarına əsasən «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsini azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddətin məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsinə dair müddəası Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin».- «Azərbaycan» qəzeti, 27 aprel 2001-ci il, № 94.
16. Azərbaycan Respublikasının 30 dekabr 2003-cü il tarixli, 569-IIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 1 fevral 2004-cü il, № 25.
17. Azərbaycan Respublikasının 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 15 fevral 2004-cü il, № 38.
18. Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli, 598-IIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 1 aprel 2004-cü il, № 75.
19. Azərbaycan Respublikasının 30 aprel 2004-cü il tarixli, 643-IIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 23 iyul 2004-cü il, № 169.
20. Azərbaycan Respublikasının 21 may 2004-cü il tarixli, 675-IIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 1 iyul 2004-cü il, № 150.
21. Azərbaycan Respublikasının 1 sentyabr 2004-cü il tarixli, 729-IIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 14 sentyabr 2004-cü il, № 214.
22. Azərbaycan Respublikasının 3 dekabr 2004-cü il tarixli, 795-IIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 4 yanvar 2005-ci il, № 1.
23. Azərbaycan Respublikasının 4 mart 2005-ci il tarixli, 848-IIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 25 mart 2005-ci il, № 66.
24. Azərbaycan Respublikasının 4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 30 aprel 2005-ci il, № 97.
25. Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli, 888-IIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 20 iyul 2005-ci il, № 165.
26. Azərbaycan Respublikasının 1 sentyabr 2005-ci il tarixli, 980-IIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 25 oktyabr 2005-ci il, № 247.
27. Azərbaycan Respublikasının 30 sentyabr 2005-ci il tarixli, 1023-IIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 24 noyabr 2005-ci il, № 272.
28. Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli, 44-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 31 dekabr 2005-ci il, № 304.
29. Azərbaycan Respublikasının 3 mart 2006-cı il tarixli, 73-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 27 may 2006-cı il, № 116.
30. Azərbaycan Respublikasının 3 mart 2006-cı il tarixli, 74-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 1 aprel 2006-cı il, № 69.
31. Azərbaycan Respublikasının 3 mart 2006-cı il tarixli, 77-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 30 mart 2006-cı il, № 67.
32. Azərbaycan Respublikasının 10 oktyabr 2006-cı il tarixli, 155-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 1 dekabr 2006-cı il, № 269.
33. Azərbaycan Respublikasının 8 dekabr 2006-cı il tarixli, 194-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 19 dekabr 2006-cı il, № 284.
34. Azərbaycan Respublikasının 10 oktyabr 2006-cı il tarixli, 152-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 28 dekabr 2006-cı il, № 292.
35. Azərbaycan Respublikasının 19 dekabr 2006-cı il tarixli, 204-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 28 dekabr 2006-cı il, № 292.
36. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 26 may 2007-ci il, № 114.
37. Azərbaycan Respublikasının 17 aprel 2007-ci il 316-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 26 may 2007-ci il, № 114.
38. Azərbaycan Respublikasının 17 aprel 2007-ci il 313-IIIQD nömrəli qanunu - «Respublika» qəzeti, 29 iyun 2007-ci il, № 140.
39. Azərbaycan Respublikasının 16 iyun 2007-ci il tarixli, 389-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 21 avqust 2007-ci il, № 185.
40. Azərbaycan Respublikasının 1 oktyabr 2007-ci il tarixli, 424-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 27 noyabr 2007-ci il, № 267.
41. Azərbaycan Respublikasının 9 oktyabr 2007-ci il tarixli, 430-IIIQD nömrəli qanunu - «Respublika» qəzeti, 27 noyabr 2007-ci il, № 267 (Bu Qanun Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minir).
42. Azərbaycan Respublikasının 1 fevral 2008-ci il tarixli, 540-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 14 mart 2008-ci il, № 57.
43. Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli, 608-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 10 iyul 2008-ci il, № 149.
44. Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli qanunu - «Respublika» qəzeti, 10 iyul 2008-ci il, № 149.
45. Azərbaycan Respublikasının 2 oktyabr 2008-ci il tarixli, 697-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 30 oktyabr 2008-ci il, № 242.
46. Azərbaycan Respublikasının 2 oktyabr 2008-ci il tarixli, 699-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 16 noyabr 2008-ci il, № 257.
47. Azərbaycan Respublikasının 16 dekabr 2008-ci il tarixli, 743-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 15 fevral 2009-cu il, № 36.
48. Azərbaycan Respublikasının 24 fevral 2009-cu il tarixli, 771-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 17 may 2009-cu il, № 105.
49. Azərbaycan Respublikasının 28 aprel 2009-cu il tarixli, 807-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, 26 iyun 2009-cu il, № 137.




