Azərbaycan Respublikasının bayramları ilə əlaqədar-Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının bayramları ilə əlaqədar “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun icrası ilə bağlı bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 79; 1993-cü il, № 5, maddə 132; Azərbaycan Respublikası 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 378; 1998-ci il, № 1, maddələr 15, 16; 1999-cu il, № 4, maddə 228, № 5, maddə 286; 2001-ci il, № 6, maddələr 362, 363, № 11, maddə 694, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddələr 199, 212, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 10, maddə 871, № 12, maddə 1093; 2006-cı il, № 4, maddə 312, № 11, maddə 933) 11-ci maddəsinin birinci bəndində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
II. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 88; 2001-ci il, № 11, maddələr 669, 676; 2002-ci il, № 1, maddə 2, № 5, maddələr 237, 243; 2006-cı il, № 6, maddə 478) 6-cı maddəsinin birinci hissəsində və 10-cu maddəsinin üçüncü hissəsinin birinci cümləsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
III. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 14; 2001-ci il, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002-ci il, № 6, maddə 328, № 8, maddə 464; 2004-cü il, № 2, maddə 57, № 11, maddə 886; 2005-ci il, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006-cı il, № 4, maddə 312, № 11, maddə 933) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 133-cü maddəsinin v bəndinin on dördüncü abzasında “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
IV. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003-cü il, № 1, maddələr 9, 23; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, №12, maddə 981; 2005-ci il, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006-cı il, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 107-ci maddənin adında, mətnində, 109-cu maddənin birinci hissəsində və 172-ci maddənin üçüncü hissəsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
2. 108-ci maddədə:
2.1. maddənin adında “Bayramqabağı” sözü “İş günü hesab edilməyən bayramqabağı” sözləri ilə əvəz edilsin;
2.2. birinci hissədə “bayramqabağı” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
3. 109-cu maddənin adında “bayram günlərində və iş günü hesab edilməyən” sözləri “iş günü hesab edilməyən bayram və” sözləri ilə əvəz edilsin.
4. 164-cü maddədə:
4.1. maddənin adında, birinci hissədə birinci və dördüncü abzaslarda “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin;
4.2. ikinci hissədə “Bayram” sözü “İş günü hesab edilməyən bayram” sözləri ilə əvəz edilsin.
5. 242-ci maddənin birinci hissəsində “bayram və iş günü hesab olunmayan” sözləri “iş günü hesab edilməyən bayram və” sözləri ilə əvəz edilsin.
6. 254-cü maddənin birinci hissəsində “bayram günlərində və iş günü hesab olunmayan” sözləri “iş günü hesab edilməyən bayram və” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavənin 4.5-ci bəndində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
V. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 611; 2001-ci il, № 11, maddə 699, № 12, maddə 731; 2002-ci il, № 3, maddə 118, № 6, maddə 328; 2003-cü il, №1, maddə 22, № 8, maddə 424; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133; 2006-cı il, № 2, maddələr 74,75, № 11, maddə 927) 35-ci maddəsinin I hissəsinin birinci cümləsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
VI. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 12; 2001-ci il, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57; 2005-ci il, № 4, maddə 274, № 7, maddə 590; 2006-cı il, № 11, maddə 926; 2007-ci il, № 1, maddə 1) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 82-ci maddəsinin birinci hissəsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
VII. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 14; 2001-ci il, № 11, maddə 669; 2002-ci il, № 5, maddə 237; 2006-cı il, № 6, maddə 478) ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 12-ci və 20-ci bəndlərinin birinci abzaslarında “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
VIII. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 17, № 5, maddə 323, № 12, maddə 835; 2002-ci il, № 5, maddə 236; 2003-cü il, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004-cü il, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005-ci il, № 4, maddələr 277, 278; 2006-cı il, № 2, maddə 64, № 12, maddə 1006; 2007-ci il, № 1, maddələr 1, 4) 135.3-cü maddəsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
IX. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, II kitab, maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276; 2004-cü il, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005-ci il, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032) 345.3.3-cü maddəsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
X. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 586, № 12, maddə 835; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004-cü il, № 6, maddə 399; 2005-ci il, № 4, maddə 278; 2006-cı il, № 11, maddə 929) 60.0.3-cü, 83.5-ci, 96.2-ci, 105.2-ci maddələrində və 168.2-ci maddəsinin ikinci cümləsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
XI. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 443; 2006-cı il, № 6, maddə 486, № 11, maddə 927; 2006-cı il, № 12, maddə 1013; 2007-ci il, № 1, maddə 1) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 60-cı maddəsinin birinci hissəsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
XII. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 444; 2006-cı il, № 12, maddə 1029) 98.3-cü maddəsinin birinci cümləsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
XIII. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 452 , № 12, maddə 731; 2002-ci il, № 12, maddə 706; 2005-ci il, № 10, maddə 902; 2006-cı il, № 11, maddə 927; 2007-ci il, № 1, maddələr 1, 4) 8.2-ci maddəsinin birinci cümləsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
XIV. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 453, № 12, maddə 731; 2004-cü il, № 10, maddə 760; 2005-ci il, № 4, maddə 280, № 10, maddələr 871, 872; 2006-cı il, № 10, maddə 846, № 11, maddə 927) 73-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
XV. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 514; 2006-cı il, № 3, maddə 221, № 11, maddə 927) ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”nin 70-ci maddəsinin birinci cümləsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
XVI. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1080) 24.3-cü maddəsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilsin.
XVII. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 586; 2007-ci il, № 1, maddə 1) 12.2-ci maddəsinin birinci cümləsində “bayram və iş günü hesab edilməyən günlərində” sözləri “iş günü hesab edilməyən bayram və digər günlərdə” sözləri ilə əvəz edilsin.
XVIII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun 2007-ci il
№ 389-IIIQD




