AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə

QƏRAR

№ 168

 Bakı şəhəri, 19 oktyabr 2009-cu il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə

 "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 24 fevral tarixli 771-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 266 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 yanvar tarixli 6 nömrəli qərarına əlavə - "Əqli və ya fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin Nümunəvi Ştatları"nın "Qeydlər:" hissəsinin 2-ci bəndinin birinci abzasında "İstirahət və iş günü hesab edilməyən bayram günləri" sözləri "İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları"nın "Qeydlər" hissəsinin 13-cü bəndində "istirahət və iş günü hesab edilməyən bayram günləri" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları"na aşağıdakı məzmunda 3.2.c. bəndi əlavə edilsin:

3.2.c. "Əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır.".

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 5 dekabr tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 544; 2001-ci il, № 1, maddə 70, № 3, maddə 214; 2002-ci il, № 2, maddə 100; 2007-ci il, № 2, maddə 185, № 8, maddə 847; 2008-ci il, № 2, maddələr 123, 130) ilə təsdiq edilmiş "Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.3-cü bəndin birinci abzasında "bayram günləri" sözləri "səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə, ikinci abzasında "Bazar və iş günü hesab edilməyən bayram günləri" sözləri "İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilsin;

4.2. 7.5-ci bəndin birinci abzasında "bazar və ya iş günü hesab edilməyən bayram günü" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ya ümumxalq hüzn günü" sözləri ilə, "şənbə və yaxud bayramdan" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərindən və ya ümumxalq hüzn günündən" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 596; 2000-ci il, № 10, maddə 764; 2001-ci il, № 3, maddə 214; 2003-cü il, № 6, maddə 342; 2005-ci il, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006-cı il, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007-ci il, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008-ci il, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853) ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin 36-cı bəndinin birinci abzasında "iş günü hesab edilməyən bayram günləri, istirahət günləri" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə, 50-ci bəndinin birinci abzasında "iş günü hesab edilməyən bayram və istirahət günləri" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 381; 2002-ci il, № 11, maddə 675; 2004-cü il, № 9, maddə 750, № 12, maddə 1077; 2006-cı il, № 9, maddə 822; 2007-ci il, № 2, maddə 185; 2008-ci il, № 5, maddələr 430, 432; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 sentyabr tarixli 134 nömrəli qərarı) ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları"nın 8.63-cü bəndində "istirahət və iş günü hesab edilməyən bayram günləri" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 532; 2003-cü il, № 12 (II kitab), maddə 746; 2005-ci il, № 2, maddə 125; 2007-ci il, № 2, maddə 185; 2008-ci il, № 9, maddə 865; 2009-cu il, № 6, maddə 490) ilə təsdiq edilmiş 1 nömrəli əlavənin - "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı"nın səkkizinci abzasında "istirahət" sözündən sonra ", səsvermə" sözü əlavə edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 9 fevral tarixli 20 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 2, maddə 118; 2001-ci il, № 7, maddə 512; 2003-cü il, № 4, maddə 223; 2006-cı il, № 9, maddə 830; 2008-ci il, № 2, maddə 130) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin Əsasnaməsi"nin 8.4-cü bəndində "qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaratmaq və baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil etmək" sözləri "bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaratmaq" sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 573; 2003-cü il, № 12 (II kitab), maddə 746; 2005-ci il, № 2, maddə 125; 2007-ci il, № 2, maddə 185; 2008-ci il, № 9, maddə 865; 2009-cu il, № 6, maddə 490) ilə təsdiq edilmiş "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı"nın on yeddinci abzasında "istirahət" sözündən sonra ", səsvermə" sözü əlavə edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 5, maddə 348; 2004-cü il, № 9, maddə 747; 2005-ci il, № 12, maddə 1244; 2006-cı il, № 9, maddə 819; 2007-ci il, № 2, maddə 185; 2008-ci il, № 8, maddə 780) ilə təsdiq edilmiş "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri"nin 1.1-ci bəndinin beşinci abzasında "istirahət" sözündən sonra ", səsvermə" sözü əlavə edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 109 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 5, maddə 359; 2005-ci il, № 11, maddə 1061) əlavə - "Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr"in 2.7-ci bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"İşçinin razılığı ilə əməkhaqqının 20 faizinə qədər dəyəri natura formasında müəssisədə istehsal edilən və məişətdə işlədilən gündəlik tələbat malları ilə (spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olmaqla) əvəz edilib verilə bilər.".

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 15 sentyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 629; 2002-ci il, № 10, maddə 635; 2006-cı il, № 10, maddə 902; 2007-ci il, № 2, maddə 185; 2008-ci il, № 2, maddə 130) ilə təsdiq edilmiş "Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi Qaydası"nın "Qeyd." hissəsində "istirahət və iş günü hesab edilməyən bayram günlərində" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə" sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 315; 2005-ci il, № 3, maddə 255; 2007-ci il, № 2, maddə 185) ilə təsdiq edilmiş "Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"nin 48-ci bəndində "istirahət və iş günü hesab edilməyən bayram günlərində" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə" sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 66; 2004-cü il, № 8, maddə 657; 2008-ci il, № 2, maddə 130, № 9, maddə 855) ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği"nin 3.6-cı bəndində "yerdə" sözü "yerlərdə" sözü ilə əvəz edilsin.

15. "Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 1 fevral tarixli 15 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 130; 2004-cü il, № 6, maddə 502; 2005-ci il, № 1, maddə 52, № 12, maddə 1242; 2006-cı il, № 11, maddə 1002; 2007-ci il, № 2, maddə 185, № 7, maddə 742) 5-ci bəndinin ikinci abzasında "istirahət və iş günü hesab edilməyən bayram günlərində" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə" sözləri ilə, 7-ci bəndində "istirahət və bayram günlərində" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə" sözləri ilə əvəz edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 65 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 5, maddə 250; 2005-ci il, № 10, maddə 988; 2006-cı il, № 3, maddə 307; 2007-ci il, № 2, maddə 185) ilə təsdiq edilmiş "Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə"nin 5.11-ci bəndinin beşinci abzasında "istirahət və ya iş günü hesab edilməyən bayram günlərində" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ya ümumxalq hüzn günündə" sözləri ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 7 yanvar tarixli 1 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 49; 2007-ci il, № 2, maddə 185) ilə təsdiq edilmiş "Respublika Olimpiya İdman Liseyi işçilərinin ştat sayı"nın 4-cü bəndində "istirahət və iş günü hesab edilməyən bayram günləri" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 50; 2006-cı il, № 9, maddə 828, № 11, maddə 992; 2007-ci il, № 2, maddə 185; 2008-ci il, № 2, maddələr 115, 130) ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nin 1.3.5-ci bəndində "istirahət və iş günü hesab edilməyən bayram günləri" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilsin.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 191; 2007-ci il, № 2, maddə 185; 2008-ci il, № 2, maddə 130) ilə təsdiq edilmiş "Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"nin 16-cı bəndində "iş günü hesab edilməyən bayram və istirahət günləri" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 oktyabr tarixli 148 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 865; 2007-ci il, № 2, maddə 185; 2008-ci il, № 2, maddə 110; 2009-cu il, № 7, maddə 610) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - "Feldyeger rabitəsi orqanının daxili intizam Qaydaları"nın 5-ci bəndində "istirahət və iş günü hesab edilməyən bayram günlərində" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə" sözləri ilə əvəz edilsin.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 254; 2006-cı il, № 3, maddə 300; 2007-ci il, № 2, maddə 185) ilə təsdiq edilmiş "Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində həmin məlumatların mühafizəsinin təmin edilməsi Qaydası"nın 2 nömrəli əlavə" "Rejimli sahələrin və onların açarlarının mühafizəyə təhvil-təslim jurnalı"nda "İzah" hissəsinin 1-ci bəndində "İş günü hesab edilməyən bayram və istirahət günlərində" sözləri "İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə" sözləri ilə əvəz edilsin.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 24 iyun tarixli 121 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 557; 2007-ci il, № 2, maddə 185) ilə təsdiq edilmiş "Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və təmin edilməsi üçün səfərbər olunmuş şəxslərə əməyə görə ödəniş verilməsi Qaydaları"nın 2-ci bəndində "istirahət və iş günü hesab edilməyən bayram günlərində" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə" sözləri ilə əvəz edilsin.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun tarixli 157 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 581; 2007-ci il, № 2, maddə 185) ilə təsdiq edilmiş "İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları"nın "Qeydlər:" hissəsinin 1-ci bəndində "istirahət, iş günü hesab edilməyən bayram günləri" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə, 11-ci bəndində "istirahət və iş günü hesab edilməyən bayram günləri" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilsin.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 172 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 639; 2007-ci il, № 2, maddə 185) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - "Uşaq evlərinin normalar üzrə əlavə ştatları"nda aşağıdakı dəyişikliklər edilsin:

 24.1. "Cədvəl" hissəsində "istirahət və iş günü hesab edilməyən bayram və digər günlər" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilsin;

24.2. "Qeydlər:" hissəsində 1-ci bəndin ikinci abzasında "İstirahət və iş günü hesab edilməyən bayram və digər günlərdə" sözləri "İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə" sözləri ilə əvəz edilsin;

24.3. 13-cü bəndində "istirahət və iş günü hesab edilməyən bayram və digər günlər" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilsin.

25. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Share |