Həmkarlar Ittifaqları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Həmkarlar Ittifaqları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun İnsan hüquqlarının Ümumi Bəyannaməsinə, Beynəlxalq Əmək Təşkilatının konvensiya və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasında həmkarlar ittifaqlarının hüquqlarının, onların üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün fəaliyyət təminatlarını müəyyən edir.
I fəsilÜMUMİ MÜDDƏALAR
Maddə 1.
Əsas anlayışlar
Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.Bu Qanunda:“həmkarlar ittifaqının ilk təşkilatı” dedikdə, istehsal və ya qeyri-istehsal sahələrində bilavasitə iş yeri üzrə çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin birləşib təsis etdikləri həmkarlar, ittifaqı təşkilatı başa düşülür;“peşələr, sahələr üzrə həmkarlar ittifaqları birlikləri” dedikdə, həmkarlar ittifaqı ilk təşkilatlarının peşələr, sahələr üzrə birləşib təsis etdikləri həmkarlar ittifaqı birlikləri başa düşülür;“həmkarlar ittifaqlarının ərazi birliyi” dedikdə, peşələr, sahələr üzrə həmkarlar ittifaqları birliklərinin respublika və yaxud müvafiq ərazi səviyyəsində birləşib təsis etdikləri həmkarlar. ittifaqları birlikləri başa düşülür;“işçi” dedikdə, əmək müqaviləsi (bağlaşması) ilə müvafiq sənət, ixtisas, peşə üzrə mülkiyyət və təsərrüfatçılıq, formasından asılı olmayaraq müəssisələrdə çalışan Azərbaycan Respublikasının vətəndaşları, vətəndaşlığı olmayanlar, habelə əcnəbi vətəndaşlar başa düşülür;“müdiriyyət” dedikdə, mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrin işçilərlə əmək müqaviləsi (bağlaşması) bağlamaq, bu müqaviləni pozmaq və ya dəyişdirmək hüququna malik vəzifəli şəxsləri, habelə mülkiyyətçi və ya onun müvəkkil etdiyi idarəetmə orqanı başa düşülür;“müəssisə” dedikdə, mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq idarələr, müəssisələr, təşkilatlar, assosiasiyalar, birgə və qarışıq müəssisələr, səhmdar cəmiyyətləri və digər iş yerləri başa düşülür; [i][1]“təhsil alan şəxslər” dedikdə, ali və orta ixtisas təhsili müəssisələrində, texniki peşə məktəblərində istehsalatdan ayrılmaqla müvafiq sənətə, peşəyə, ixtisasa yiyələnən tələbələr, şagirdlər başa düşülür.
Maddə 2.
Həmkarlar ittifaqları haqqında qanunvericilik
Azərbaycan Respublikasında həmkarlar ittifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikası qanunvericiliyi həmkarlar ittifaqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və Beynəlxalq Əmək Təşkilatının konvensiyalarında nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmamalıdır.
Maddə 3.
Həmkarlar ittifaqlarında birləşmək hüququ
İşçilər, pensiyaçılar, təhsil alan şəxslər. heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmaq üçün ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var.İşləməyən pensiyaçıların və işsizlərin həmkarlar ittifaqında üzvlük qaydası həmkarlar ittifaqlarının nizamnamələri ilə tənzim edilir.Azərbaycan Respublikasında hərbi xidmətdə olan şəxslərə həmkarlar ittifaqlarında birləşməyə icazə verilmir.Müdiriyyətə daxil olan şəxslər həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqının üzvü ola bilməz.həmkarlar ittifaqları könüllü və müstəqil olaraq özlərinin ilk təşkilatlarını, peşə, sahə, respublika və digər ərazi birliklərini yarada bilərlər.
Maddə 4.
Həmkarlar ittifaqlarının nizamnamələri və onların dövlət qeydiyyatı
Həmkarlar ittifaqlarının nizamnamələri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır, onlarda, bir qayda olaraq, aşağıdakılar nəzərdə tutulmalıdır:1) adı və yerləşdiyi yer;2) məqsədi, vəzifələri, fəaliyyət forma və metodları;3) üzvlük qaydaları;4) üzvlərinin hüquqları və vəzifələri;5) təşkilat-daxili quruluşu;6) seçkili orqanları, onların seçilməsi və geri çağırılması qaydaları;7) seçkili orqanlarının səlahiyyətləri və səlahiyyət müddətləri;8) maliyyə mənbələri, üzvlük haqqının müəyyən edilməsi;9) beynəlxalq əlaqələrə dair müddəalar;10) əmlak məsələləri;11) nizamnamənin qəbulu və ona əlavələr, dəyişikliklər edilməsi qaydaları;12) fəaliyyətinə xitam verilməsi qaydaları.Həmkarlar ittifaqı təşkilatı dövlət qeydiyyatından keçirildiyi vaxtdan hüquqi şəxs hesab olunur və hüquqi şəxs hüquqları əldə edir.Həmkarlar ittifaqı təşkilatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatından keçirilir. [ii][2]
Maddə 5.
Həmkarlar ittifaqlarının müstəqilliyi
Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, həmkarlar ittifaqlarının hüquqlarının həyata keçirilməsinə mane ola bilən hər hansı müdaxilə qadağandır.Həmkarlar ittifaqları müstəqil surətdə öz nizamnamələrini, fəaliyyət proqramlarını hazırlayır və təsdiq edir, strukturlarını müəyyənləşdirir, rəhbər orqanlarını seçir və geri çağırır, yığıncaqlar, konfranslar, plenumlar, məclislər, qurultaylar keçirir və Konstitusiya hüquqları əsasında fəaliyyət göstərirlər.Adından və təşkilati quruluşundan asılı olmayaraq bütün həmkarlar ittifaqları bərabər hüquqlara malikdirlər.
Maddə 6.
Həmkarlar ittifaqlarının siyasi fəaliyyətinin yol-verilməzliyi
Həmkarlar ittifaqlarına siyasi fəaliyyətlə məşğul olmaq, siyasi partiyalarla birləşmək, yaxud onlarla birgə fəaliyyət göstərmək, siyasi partiyalara yardım, ianə vermək və Onlardan yardım, ianə almaq qadağandır.Həmkarlar ittifaqları birliklərinin sədrləri və ya onların müavinləri eyni zamanda siyasi partiyaların rəhbər orqanlarında ola bilməzlər. Siyasi partiyaların rəhbər orqanlarına seçilən, yaxud təyin edilən həmkarlar ittifaqları təşkilatının sədrləri və ya onların müavinləri öz istəyi ilə bu iki fəaliyyətdən birini davam etdirə bilərlər.
Maddə 7,
Həmkarlar ittifaqlarında üzvlüyünə görə vətəndaşlar barəsində ayrı-seçkiliyin qadağan edilməsi
həmkarlar ittifaqlarında üzvlük, bu Qanunda göstərilən hallar istisna olmaqla, vətəndaşların qanunvericiliklə təmin edilən əmək, sosial, iqtisadi, siyasi, şəxsi hüquqları və azadlıqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.İşçilərin işə qəbulunu, irəli çəkilməsini, habelə işdən azad edilməsini onların müəyyən həmkarlar ittifaqına mənsubiyyəti, oraya daxil olması və ya oradan çıxması ilə şərtləndirmək qadağandır.
Maddə 8.
Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə xitam verilməsi
Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə onların nizamnamələrində nəzərdə tutulan qaydada xitam verilir.Bu Qanunun 6-cı maddəsinin birinci hissəsinin tələblərini pozan, Azərbaycan Respublikasının Konstitusiya quruluşunu devirmək, zorakılıqla dəyişdirmək və ya ərazi bütövlüyünü pozmaq, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etmək, habelə irqi, milli və dini ədavəti qızışdırmaq, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna zidd olan və beynəlxalq hüquqi öhdəlikləri ilə bir araya sığmayan digər əməllər törətmək məqsədi və ya fəaliyyət metodu olan həmkarlar ittifaqları təşkilatlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Belə həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xitam verilir. [iii][3]
Maddə 9.
Həmkarlar ittifaqlarının rəmzləri
Həmkarlar ittifaqlarının peşə, sahə və respublika birliklərinin Azərbaycan xalqının milli-etnik xüsusiyyətlərinə, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna, ərazi bütövlüyünə zidd əlamətləri olmayan rəmzi nişanları, bayraqları, üzvlük vəsiqələri ola bilər. Bu rəmzlər müvafiq həmkarlar ittifaqı birliklərinin orqanları tərəfindən qəbul edilir. [iv][4]Həmkarlar ittifaqları siyasi partiyaların rəmzi nişanlarından istifadə edə bilməzlər.
II fəsil
HƏMKARLAR İTTİFAQLARININ ƏSAS HÜQUQLARI
Maddə 10. Həmkarlar ittifaqlarının norma yaradıcılığında iştirakı
həmkarlar ittifaqları əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak edə bilər.İşçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun layihələrinə həmkarlar ittifaqları respublika birliyinin rəyi müzakirə edilməklə baxılır.Həmkarlar ittifaqlarının respublika birlikləri işçilərin mənafelərini və həmkarlar ittifaqlarının hüquqlarını pozan qanunvericilik aktları, dövlət orqanlarının qərarları, sərəncamları barədə müvafiq qanunvericilik, icra və məhkəmə orqanlarına müraciət edə və şikayət verə bilərlər.Dövlət və təsərrüfat orqanları işçilərin əmək, sosial, iqtisadi hüquqlarına və mənafelərinə aid olan normativ aktları müvafiq həmkarlar ittifaqlarına azı 15 gün qabaq məlumat verməklə qəbul edirlər.Qanunvericiliklə nəzərdə tutulan hallarda həmkarlar ittifaqları respublika birliyi əmək və sosial-iqtisadi məsələlər üzrə qanunvericiliyin tətbiq edilməsi qaydalarını nizama salan normativ aktların hazırlanmasında iştirak edə bilər.
Maddə 11.
Əmək hüququnun qorunmasında həmkarlar ittifaqlarının hüquqları
Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər.Müdiriyyətin təşəbbüsü ilə müəssisənin və ya onun struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə və ya qismən dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb ola bilərsə, belə tədbirlər qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və işçilərin hüquqlarının və mənafelərinin közlənilməsi barədə onlarla danışıqlar aparmaqla həyata keçirilir.Həmkarlar ittifaqları öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulan qaydada məşğulluğun vəziyyətinə, məşğulluq sahəsində təminatlar haqqında qanunvericiliyə əməl olunmasına nəzarət edirlər.
Maddə 12.
Əmək və həmkarlar ittifaqları haqqında qanunvericiliyə əməl edilməsinə nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar ittifaqlarının hüquqları
Həmkarlar ittifaqlarının müdiriyyət tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara .çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var.Müdiriyyət bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur.Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini (təəhhüdlərini) yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər.Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər.Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini müstəqil surətdə təşkil edir və bu məqsədlə həmkarlar ittifaqları hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, firmaları və başqa orqanlar yarada bilərlər. [v][5]
Maddə 13. Əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının hüquqlarıHəmkarlar ittifaqları bu Qanunun, “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ aktların tələblərinə uyğun iş yerlərində işçilərin əməyinin mühafizəsini tənzim edən qanunvericiliyə, istehsal zədələri nəticəsində əmək xəsarətinə görə zərərin ödənilməsinə, əmək şəraiti, istehsal sanitariyası normalarına müdiriyyət tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər.
Maddə 14. Kollektiv müqavilələrin və sazişlərin bağlanması sahəsində həmkarlar ittifaqlarının hüquqlarıKollektiv müqavilələrin və sazişlərin bağlanması sahəsində həmkarlar ittifaqlarının hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. [vi][6]
Maddə 15. İşçilərin həyat səviyyəsinə nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar ittifaqlarının hüquqlarıHəmkarlar ittifaqlarının birlikləri səlahiyyətlərinə uyğun işçilərin sosial və iqtisadi müdafiəsi, həyat səviyyəsinin əsas meyarları, qiymət əmsallarının dəyişməsindən asılı olaraq kompensasiyaların məbləğlərinin müəyyən edilməsi üzrə plan və proqramların hazırlanmasında, qanunvericiliklə müəyyən edilmiş dolanacaq minimumunun gözlənilməsinə, qiymətlərin artımından asılı olaraq əmək haqqının, pensiyaların, təqaüdlərin, müavinətlərin miqdarının vaxtında artırılmasına nəzarət edilməsində iştirak edirlər.
Maddə 16. Həmkarlar ittifaqlarının beynəlxalq əlaqələriHəmkarlar ittifaqları nizamnamə məqsəd və vəzifələrinə müvafiq olaraq beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına daxil ola, qanunvericiliklə müəyyən olunmuş qaydada xarici iqtisadi fəaliyyətlə məşğul ola bilərlər.
Maddə 17. Həmkarlar ittifaqlarının informasiya hüquqlarıhəmkarlar ittifaqı təşkilatları nizamnamə vəzifələrini və hüquqlarını, bu Qanunda nəzərdə tutulan səlahiyyətlərini həyata keçirmək, öz üzvlərini məlumatlandırmaq üçün kütləvi informasiya vasitələri və nəşriyyatlar təsis edə; mətbuat xidməti və sosioloji tədqiqat mərkəzləri yarada; dövlət və təsərrüfat orqanlarının vəzifəli şəxslərindən, müdiriyyətdən dövlət, kommersiya və qanunla qorunan başqa sirr olmayan məlumatları tələb edə bilərlər.Dövlət və təsərrüfat orqanları, müdiriyyət həmkarlar ittifaqlarını müvafiq məlumatlarla maneəsiz təmin etməyə borcludurlar.
Maddə 18. Əmək mübahisələrinə baxılmasında həmkarlar ittifaqlarının hüquqlarıhəmkarlar ittifaqları öz üzvləri ilə müdiriyyət arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər.Əmək mübahisələrinin (münaqişələrinin) predmeti və həlli qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 19. Həmkarlar ittifaqlarının kütləvi tədbirlər keçirmək hüquqlarıQüvvədə olan qanunvericiliyə uyğun olaraq və nizamnamə məqsəd və vəzifələrini həyata keçirmək məqsədilə həmkarlar ittifaqları tətillər, mitinqlər, küçə yürüşləri, nümayişlər və başqa kütləvi tədbirlər təşkil edib keçirə bilərlər.
III fəsil
HƏMKARLAR İTTİFAQLARININ FƏALİYYƏTİNİN HÜQUQİ TƏMİNATI VƏ ƏMLAK VƏZİYYƏTİ
Maddə 20.
Müdiriyyətin, dövlət və təsərrüfat orqanlarının, ictimai təşkilatların və vəzifəli şəxslərin həmkarlar ittifaqları barəsində vəzifələri
Dövlət və təsərrüfat orqanları, siyasi partiyalar və ictimai birliklər, müdiriyyət və vəzifəli şəxslər həmkarlar ittifaqlarının hüquqlarını pozmamalı, onların fəaliyyətinə yardım göstərməlidirlər.Bu Qanunun pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. [vii][7]Müdiriyyət tərəfindən əmək və həmkarlar ittifaqları haqqında qanunvericiliyə, kollektiv müqavilənin şərtlərinə, əmək və sosial məsələlər üzrə sazişlərə əməl edilməsini yoxlamaq və nizamnamə vəzifələri ilə bağlı məsələlərlə əlaqədar həmkarlar ittifaqı nümayəndələrinin həmkarlar ittifaqı üzvlərinin iş yerlərinə getməsinə mane olmaq qadağan edilir.
Maddə 21. İstehsal işindən azad edilməyib həmkarlar ittifaqı orqanlarına seçilmiş işçilər üçün təminatlar Həmkarlar ittifaqı orqanlarının öz istehsal işindən azad edilməyən üzvləri həmkarlar ittifaqlarının seçkili orqanlarında iştirak etdiyi müddət üçün həmkarlar ittifaqının vəsaiti hesabına orta əmək haqqı məbləğində haqq ödəməklə müdiriyyətin razılığı ilə istehsal işindən azad edilirlər.Həmkarlar ittifaqı ilk təşkilatlarının tərkibinə seçilmiş və öz istehsal işindən azad edilməmiş həmkarlar ittifaqı üzvlərinə həmkarlar ittifaqı fəaliyyətini həyata keçirmək üçün müddəti və şərtləri kollektiv müqavilələrdə (sazişlərdə) göstərilən asudə vaxt verilir.
Maddə 22. İstehsal işindən azad edilib həmkarlar ittifaqı orqanına seçilmiş işçilər üçün təminatlar həmkarlar ittifaqı orqanlarında seçkili vəzifələrə seçildiyinə görə işdən azad edilmiş həmkarlar ittifaqı üzvlərinin seçkili səlahiyyətləri başa çatdıqdan sonra onlara əvvəlki işi (vəzifəsi) verilir, bu mümkün olmadıqda isə həmin müəssisədə və ya işçinin razılığı ilə başqa müəssisədə buna bərabər iş (vəzifə) verilir.Müvafiq iş (vəzifə) vermək mümkün olmadıqda isə həmkarlar ittifaqı işçinin işə düzələcəyi dövr üçün, lakin altı aydan artıq olmayan müddətdə onun orta əmək haqqını saxlayır.
Maddə 23. Həmkarlar ittifaqları ilk təşkilatlarının fəaliyyəti üçün maddi şəraitin yaradılmasında müdiriyyətin vəzifələri Müəssisənin müdiriyyəti həmkarlar ittifaqının fəaliyyəti üçün zəruri olan avadanlıqları və otaqları kollektiv müqavilədə göstərilən şərtlərlə həmkarlar ittifaqlarına verir.Kollektiv müqavilə bağlanarkən qəbul edilən qərara müvafiq surətdə müəssisə özünün balansında olan, yaxud icarəyə götürdüyü binaları, otaqları, qurğuları və başqa obyektləri, habelə istirahətin təşkili, işçilərlə və onların ailələri ilə mədəni-maarif işi, bədən tərbiyəsi, sağlamlıq işi aparmaq üçün zəruri olan istirahət bazalarını, uşaq-gənclər və digər sağlamlıq düşərgələrini pulsuz olaraq həmkarlar ittifaqlarının istifadəsinə verə bilər.Müəssisə həmkarlar ittifaqlarına kollektiv müqavilədə müəyyən edilən sosial, iqtisadi və mədəni tədbirlər üçün vəsait ayıra bilər.
Maddə 24. Həmkarlar ittifaqlarının mülkiyyət hüquqlarının təminatlarıHəmkarlar ittifaqlarının büdcəsinin formalaşdırılması və xərclənməsi qaydaları onların nizamnamələri ilə müəyyən edilir.Həmkarlar ittifaqları kollektiv mülkiyyət hüququ əsasında əmlaka, maliyyə vəsaitinə, eləcə də valyuta vəsaitinə və nizamnamələrində nəzərdə tutulmuş fəaliyyətinin maddi təminatı üçün zəruri olan digər əmlaka malik ola bilərlər.Həmkarlar ittifaqlarının əmlakının onların razılığı olmadan alınmasına yol verilmir.Həmkarlar ittifaqı təşkilatı öz fəaliyyətinə xitam verdikdə əmlakının taleyi müvafiq həmkarlar ittifaqının nizamnaməsində nəzərdə tutulan qaydada həll edilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV. Bakı şəhəri, 24 fevral 1994-cü il. № 792
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226)
2. 25 aprel 1997-ci il tarixli 280-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 379)
3. 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676)
4. 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683)
5. 20 aprel 2004-cü il tarixli 642-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 397)
6. 14 dekabr 2004-cü il tarixli 813-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 5)
7. 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [i][1]
20 aprel 2004-cü il tarixli 642-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6,
maddə 397) ilə 1-ci maddəsinin ikinci hissəsinin yeddinci
abzasından "kəndli (fermer) təsərrüfatları" sözləri çıxarılmışdır.
[ii][2] 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997-ci il, № 3, maddə 226) ilə 4-cü maddənin adında “onların”
sözündən sonra “d<




