Həmkarlar

This page was last updated on: 2023-10-25

Həmkarlar ittifaqına daxil olma və onları yaratma hüququ

Həmkarlar ittifaqlarını yaratmaq və onlara daxil olmaq hüququ Konstitusiyada təsbit edilmişdir. Həmkarlar ittifaqı əmək, sosial-iqtisadi hüquq və maraqların müdafiəsi məqsədilə işçiləri, təqaüdçüləri və tələbələri cəm edən müstəqil, ictimai, qeyri-siyasi təşkilatdır. 

Hər bir kəs könüllü olaraq öz seçimi əsasında həmkarlar ittifaqını yaratmaq, onlara üzv olmaq, həmkarlıq fəaliyyəti ilə məşğul olmaq, həmçinin könüllü olaraq üzvlükdən imtina etmək hüququna malikdir. Həmkarlar ittifaqı təşkilatı minimum 7 insanın təşəbbüsü ilə yaradılır. Lakin hərbi qulluqçulara həmkarlar ittifaqına üzv olmaq və onları yaratmaq qadağandır.

Həmkarlar ittifaqlarına qanunla aşağıdakı hüquqlar verilmişdir:

  1. işçilərin hüquq və maraqlarını fərdi  və kollektiv əmək münasibətlərində müdafiə və təmsil etmək;
  2. kollektiv danışıqlar aparmaq və kollektiv müqavilələr bağlamaq;
  3. əmək mübahisələrinin həllində iştirak etmək;
  4. işəgötürənlər tərəfindən hər-hansı maneələr olmadan sosial və əmək məsələləri ilə bağlı informasiyanı əldə etmək;
  5. təşkilatlarda əmək qanunvericiliyinə riayət olunmasına nəzarət etmək;
  6. kollektiv müqavilələrin icrasına nəzarət etmək.

Mənbələr: Konstitusiyanın 58 maddəsi, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının 24.02.1994 tarixli 792 nömrəli qanununun 1, 3, 10-19 maddələri 

Kollektiv danışıqlar azadlığı

İşçilərin və işəgötürənlərin nümayəndələri kollektiv müqavilənin tərtib edilməsi, bağlanması və ya dəyişikliklərin edilməsi ilə bağlı kollektiv danışıqlarda iştirak etmək hüququna malikdirlər və bu cür danışıqların aparılması təşəbbüsü ilə çıxış edə bilərlər. Kollektiv danışıqların aparılması təklifini almış tərəfin nümayəndələri, təklifi aldığı tarixdən etibarən 10 təqvim günü ərzində danışıqlara qoşulmalıdırlar. Hər iki tərəf kollektiv danışıqlar üzrə komissiyanın işində iştirak üçün öz nümayəndələrini göstərməlidir. Kollektiv danışıqların aparılması üzrə komissiya paritet əsaslarla formalaşdırılır.

Kollektiv danışıqlarda iştirak edən tərəflərin nümayəndələri sosial-əmək münasibətləri sahəsində kollektiv müqavilədə tənzimlənməli olan məsələlərin seçimində azaddırlar. Əmək Məcəlləsi bu cür məsələlərin açıq siyahısını təqdim edir, məsələn:

  • əməyin ödənilməsi;
  • müavinət və kompensasiyalar;
  • məşğulluq;
  • tədris;
  • işçilərin və onların ailə üzvlərinin sağlamlığı və istirahəti;
  • iş və istirahət vaxtı.

Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər. Kollektiv müqavilənin müddəti bitdikdən sonra, yeni müqavilə imzalananadək həmin müqavilədə maksimum üç il müddətinə öz qüvvəsini saxlayır.

Mənbələr: Əmək Məcəlləsinin 25, 26, 31 və 32 maddələri 

Tətil hüququ

Konstitusiya, kollektiv əmək mübahisəsinin həll üsulu kimi işçilərin tətil etmək hüququnu təsbit edir. Əgər barışıq xarakterli tədbirlər kollektiv mübahisənin həlli ilə nəticələnmədikdə, işçilər (onların nümayəndələri) tətilin təşkilinə başlaya bilərlər. Tətilin keçirilməsi haqqında qərar işçilərin iclasında (konfransında) və ya həmkarlar ittifaqı tərəfindən qəbul edilir. Qərarın qəbul edilməsi üçün işçilərin çoxu tətilin keçirilməsinin lehinə səs.

İşəgötürən tətilin başlanmasına ən azı 10 gün qalmış gələcək tətil barədə yazılı şəkildə məlumatlandırılmalıdır. Kollektiv əmək mübahisəsinə barışıq komissiyası tərəfindən baxış zamanı işçilər bir saatlıq xəbərdarlıq tətilini keçirə bilərlər.  Tətil zamanı tərəflər kollektiv əmək mübahisənin həlli yollarını təklif etməlidirlər. Həmçinin tətil zamanı minimum lazımi işlərin görülməsini təmin etmək lazımdır.  

Aşağıdakı müəssisələrdə tətillərin keçirilməsi qadağandır:

  • islah müəssisələrində;
  • qanunvericilik və icra hakimiyyəti orqanlarında, məhkəmələrdə, daxili işlər orqanlarında;
  • əhali üçün həyati əhəmiyyətə malik olan xidmət sahələrində (xəstəxanalarda, elektrik və su təchizatı idarələrində, telefon rabitəsi xidmətlərində, hava və dəmiryolu idarələrində, yanğından mühafizə xidmətində);
  • fövqəladə hallar və hərbi əməliyyatlar zamanı.

İşəgötürən, tətil müddəti ərzində tətildə iştirak edən işçilərə tam və ya qismən əmək haqqını ödəyə bilər, lakin bu onun öhdəliyi kimi qiymətləndirilmir.

İşəgötürən aşağıdakı hallarda lokaut elan edə bilər (10 gün öncə işçiləri, həmkarlar ittifaqını və müvafiq icra hakimiyyəti orqanını yazılı şəkildə məlumatlandırmaqla):

  1. işçilərin kollektiv tələblərinin icrası təşkilatın istehsalat, iqtisadi, maliyyə və digər imkanlarına aşkar surətdə uyğun olmadıqda;
  2. qanunsuz elan edilmiş tətil davam etdikdə;
  3. rəqib müəssisə və ya üçüncü şəxslər tərəfindən işçilərin tətil keçirməyə təşviq edilməsini sübut edən faktlar mövcud olduqda.

Minimum lazımi işlərin təmin edilməsi istisna olmaqla, tətildə iştirak edən şəxslərin əvəzlənməsi qanunvericiliklə qadağan edilir.

Mənbələr: Konstitusiyanın 36 maddəsi, Əmək Məcəlləsinin 270-286 maddələri 

Həmkarlar ittifaqlarının fəaliyyətinin normativ tənzimlənməsi:

  • Закон Азербайджанской Республики «О борьбе с торговлей людьми» от 28.06.2005 №958-IIQ (в ред. от 05.11.2022) / Law of the Republic of Azerbaijan «About combating human trafficking» 28.06.2005 №958-IIQ (version 05.11.2022)
  • Закон Азербайджанской Республики «О занятости» от 29.06.2018 №1196-VQ (в ред. от 17.02.2023) / Law of the Republic of Azerbaijan «About employment» 29.06.2018 №1196-VQ (version 17.02.2023)
Loading...