İllik məzuniyyət və bayramlar

This page was last updated on: 2023-10-25

İllik ödənişli məzuniyyət

Əmək Məcəlləsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti. Bu cür məzuniyyətlər iş yerinin və orta əmək haqqının saxlanılması ilə verilir. İllik ödənişli məzuniyyət istirahət, iş qabiliyyətinin bərpası və sağlamlığın möhkəmləndirilməsi üçün nəzərdə tutulub.

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Ayrıca kateqoriyalar üçün daha uzun müddətli məzuniyyətlər verilə bilər. Məsələn, Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir: kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə; müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə, orta tibb işçilərinə və əczaçılara. Müəllimlər və elmi işçilər 56 günlük ödənişli məzuniyyətdən faydalanmaq hüququna malikdirlər.  Bu cür məzuniyyətin əlillər (18 yaşınadək) və uşaqlar (16 yaşınadək) müddəti 42 təqvim günü təşkil edir. 16-18 yaşında olan şəxslər üçün illik ödənişli məzuniyyətin müddəti ən azı 35 təqvim günüdür. Azərbaycanın Milli Qəhrəmanları, Sovet İttifaqı Qəhrəmanları 46 günlük məzuniyyətdən faydalanmaq hüququna malikdirlər. Aktyorların illik ödənişli məzuniyyətlərinin müddəti 42 təqvim günüdür. 

Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Əlavə məzuniyyətlər hüququnu verən işlərin siyahısı Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmişdir.

Əmək məzuniyyəti cari iş ilinə görə verilir. Birinci iş ili işə qəbul anından başlayır. İki il dalbadal illik ödənişli məzuniyyətin verilməməsi qadağandır. Müstəsna hallarda məzuniyyətin növbəti iş ilinə keçirilməsi mümkündür. Əmək məzuniyyətinin istifadə edilməmiş hissəsi yeni əmək məzuniyyətinə əlavə edilə və ya ayrı-ayrılıqda istifadə edilə bilər.

Məzuniyyət hüququ konkret təşkilatda işin müddəti ilə bağlıdır. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. İşin birinci ili üçün əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır:

a) qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra;

b) on səkkiz yaşına çatmamış işçilərin;

c) müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin;

ç) əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;

d) hərbi qulluqçu arvadının (ərinin);

e) tələbələrin — kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda;

ə) əlillərin.

Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir:

  • faktiki iş müddəti;
  • faktiki iş olmadan işçinin iş yerini qoruyub saxladığı müddət;
  • əvvəlki iş yerində bərpa olunmaqla işdən qanunsuz olaraq çıxarıldıqda və ya kənarlaşdırıldıqda məcburi proqul müddəti;
  • fəaliyyət qabiliyyətinin olmaması müddəti;
  • vəzifədən qanunsuz olaraq kənarlaşdırıldığı və ya qanunsuz həbs müddəti.

Hər il, yanvar ayının sonunadək təşkilatda əmək məzuniyyətlərinin qrafiki tərtib edilir. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir. Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər: 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma, hərbi qulluqçunun arvadına (ərinə), əlillərə;

İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:

a) əmək qabiliyyəti müvəqqəti itirildikdə;

b) əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;

c) işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə;

İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. 

Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər. Belə olan halda, ödənişli məzuniyyətin bir hissəsi iki təqvim həftəsindən az olmamalıdır. İstehsalatda baş verən qəzaların nəticələrini aradan qaldırmaq üçün və ya təxirəsalınmaz işləri həyata keçirmək zərurəti yarandıqda, məzuniyyətdən geri çağırılma mümkündür. Məzuniyyətdən geri çağırılma ya əlavə qeyri-iş günü və ya pul ödənişi ilə kompensasiya edilir.

Mənbələr: Əmək Məcəlləsinin 110-121, 131-138 maddələri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.07.2004 tarixli 92 nömrəli Qərarı 

Bayram günlərində əməyin ödənilməsi

Yeni il bayramı (yanvarın 1 və 2-si);       

Qadınlar günü (martın 8-i);

Respublika günü (mayın 28-i);

Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i);

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı);

Dövlət müstəqilliyi günü (oktyabrın 18-i);

Azərbaycan Respublikasının Dövlət bayrağı günü (noyabrın 9-u);

Konstitusiya günü (noyabrın 12-si);

 Milli Dirçəliş günü (noyabrın 17-si);

 Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i);

Novruz bayramı—beş gün;

 Qurban bayramı—iki gün;

Ramazan bayramı—iki gün Yeni il bayramı (yanvarın 1 və 2-si);

Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir.

İstirahət, bayram, səsvermə, ümumxalq hüzn günlərində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

  1. əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);

  2. əməyin işəmuzd ödənilmə sistemində işəmuzd tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);

  3. təsbit edilmiş aylıq maaş sistemində maaşdan əlavə günlük vəzifə maaşının məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);

İşçinin istəyinə əsasən əmək haqqı əvəzinə ona başqa istirahət günü verilə bilər.

Mənbələr: Əmək Məcəlləsinin 105-106, 164 maddələri 

İstirahət günləri

Həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır. Beşgünlük iş həftəsi zamanı işçilərə həftədə iki istirahət günü, altıgünlük iş həftəsində isə bir istirahət günü verilir. İş vaxtının yekun uçotu zamanı istirahət günləri növbə qrafikinə əsasən verilir (həmkarlar ittifaqı və ya əmək müqaviləsi ilə razılaşma əsasında).

Mənbələr: Əmək Məcəlləsinin 104 maddəsi 

İllik məzuniyyətin və istirahət günlərinin normativ tənzimlənməsi:

  • Закон Азербайджанской Республики «О занятости» от 29.06.2018 №1196-VQ (в ред. от 17.02.2023) / Law of the Republic of Azerbaijan «About employment» 29.06.2018 №1196-VQ (version 17.02.2023)
  • Закон Азербайджанской Республики «О трудовых пенсиях» от 07.02.2006 №54-IIIГ (в ред. от 06.07.2023) / Law of the Republic of Azerbaijan «About labor pensions» 07.02.2006 №54-IIIГ (version 06.07.2023)
Loading...