Səhiyyə və təhlükəsizlik

This page was last updated on: 2023-10-25

İşəgötürənin əməyin mühafizəsi üzrə öhdəlikləri

Hər bir kəsin təhlükəsiz əmək şəraitində əməklə məşğul olmağa konstitusiya hüququ vardır. Əməyin mühafizəsi üzrə normativ müddəalar Əmək Məcəlləsində əks olunub. İşəgötürən işçilərin sağlamlığının qorunmasını və təhlükəsizliyini təmin etməlidir. İşəgötürən əməyin sağlam və təhlükəsiz şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarət edir, bu sahədə baş verən dəyişikliklər barədə işçiləri müntəzəm qaydada və vaxtında məlumatlandırır. Əmək Məcəlləsi və qanunvericilik aktları bu müddəaları təfsilatı ilə əks etdirir, məsələn:

  1. əməyin mühafizəsi üzrə idarəetmə sisteminin yaradılması və fəaliyyəti;
  2. əməyin mühafizəsi qaydalarının təsdiq edilməsi və yenidən baxılması;
  3. istehsalatda bədbəxt hadisələrin istintaqı və uçotu;
  4. iş yerlərinin attestasiyası;
  5. işçilərin əməyin şəraiti və mühafizəsi haqqında məlumatlandırılması, təhlükəsizlik texnikası üzrə təlimatlandırma;
  6. qabaqcıl texnologiyaların, istehsalatın mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələrinin, erqonomik tələblərin, əməyin mühafizəsi sahəsində müsbət təcrübənin tətbiqi;
  7. işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sosial sığortası;
  8. tibbi müayinələrin təşkili;
  9. Əmək Məcəlləsi üzrə digər öhdəliklər.

İşçilər, təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə müvafiq olaraq təchiz edilmiş iş yerində işləmək hüququna malikdirlər, lakin onlar iş yerində texniki təhlükəsizlik qaydaların riayət etməlidirlər.

Zərərli və təhlükəli əmək şəraitində, həmçinin ağır sənayedə işləyən işçilərin əmək müqavilələri iş zamanı ilkin və müntəzəm ödənişsiz tibbi müayinələrdən keçmənin zəruriliyini nəzərdə tutmalıdır. 

Əgər işçi tibbi müayinədən keçməkdən imtina etsə və ya həkimin yaxud tibbi komissiyanın göstərişlərinə əməl etməsə, işəgötürən onu işdən azad edə və ya barəsində müvafiq intizam tədbiri görə bilər.

Mənbələr: Konstitusiyanın 35 maddəsi, Əmək Məcəlləsinin 215-217, 222, 224-227 maddələri

Mühafizə vasitələri ilə ödənişsiz təminetmə

İşəgötürənlər zərərli və təhlükəli əmək şəraiti olan işlərdə, həmçinin çirklənmə ilə bağlı işlərdə və ya əlverişsiz hava şəraitində həyata keçirilən işlərdə (çox yüksək və ya alçaq temperaturlar) işləyən işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidirlər. Fərdi mühafizə vasitələrinə xüsusi geyim, xüsusi ayaqqabı, yuyucu vasitələr, dezinfeksiyaedici vasitələr və s., süd və ona bərabər qida məhsulları, qazı duzlu su daxildir. İşçinin xüsusi geyiminin saxlanılması, yuyulması, qurudulması, təmiri və dəyişdirilməsi işəgötürənin öhdəsinə düşür.  

Fərdi mühafizə vasitələri olmayan işçilər işə buraxılmamalıdır.

Mənbələr: Əmək Məcəlləsinin 215 və 222 maddələri 

Əməyin mühafizəsi sahəsində təlimlər

İşəgötürənlər, həmkarlar ittifaqı təşkilatlarının iştirakı ilə, qanunvericiliyə müvafiq olaraq işçilərin əməyin mühafizəsi sahəsində təlimi və əlavə təhsili üzrə sistemini təşkil etməli və həyata keçirməlidirlər. İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri ən azı 3 ildə bir dəfə müntəzəm qaydada ixtisasartırma kurslarında təlim keçməli və onların bilikləri yoxlanılmalıdır. Təlimlərin və əlavə təhsilin istənilən formalarında əməyin mühafizəsi üzrə təlimlər nəzərdə tutulmalıdır. Bundan başqa, işəgötürənlər, təhlükəsiz iş qaydaları və bədbəxt hadisələr zamanı zədə almış işçilərə ilkin tibbi yardımın göstərilməsi sahəsində təlimləri təşkil etməlidirlər. Əməyin mühafizəsi üzrə ilkin təlimatlandırma olmadan işçilər zərərli və ağır istehsalatda, yüksək təhlükəli maşınlarla, mexanizmlərlə və avadanlıqlara işə buraxılmamalıdırlar. İşəgötürən xüsusi jurnallarda təlimatların qeydiyyatını aparmalıdır.  

Mənbələr: Əmək Məcəlləsinin 215 və 219 maddələri 

Əmək müfəttişliyi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti nəzarət orqanlarının mərkəzləşdirilmiş sistemidir ki, onun məqsədi əməyin mühafizəsinin təminatından, əmək münasibətləri və icbari dövlət sosial sığortası haqqında qanunvericiliyə riayət olunmadan ibarətdir. Dövlət Əmək Müfəttişliyi Xidməti 2011-ci ildə yaradılmışdır. Onun başlıca vəzifələri əmək qanunvericiliyinə riayət edilməyə dövlət nəzarətinin həyata keçirilməsindən ibarətdir. Dövlət əmək müfəttişlərinin aşağıdakı səlahiyyətləri var:

  • əmək qanunvericiliyinin pozulması faktlarının aradan qaldırılması üzrə icbari göstərişlərin işəgötürənlərə və onların nümayəndələrində təqdim etmək;
  • inzibati xətalar barədə işlərə baxmaq;
  • istehsalatda baş vermiş bədbəxt hadisələrin istintaqını həyata keçirmək;
  • müəssisədə əmək qanunvericiliyinə riayət edilib-edilməməsini yoxlamaq.

Mənbələr: Əmək Məcəlləsinin 235 maddəsi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında əsasnamə.

Əməyin mühafizəsinin normativ tənzimlənməsi:

  • Закон Азербайджанской Республики «О борьбе с торговлей людьми» от 28.06.2005 №958-IIQ (в ред. от 05.11.2022) / Law of the Republic of Azerbaijan «About combating human trafficking» 28.06.2005 №958-IIQ (version 05.11.2022)
  • Закон Азербайджанской Республики «О занятости» от 29.06.2018 №1196-VQ (в ред. от 17.02.2023) / Law of the Republic of Azerbaijan «About employment» 29.06.2018 №1196-VQ (version 17.02.2023)
  • Положение об исчислении и выплате обязательных государственных социальных возмещений по страхованию и пособий, выплачиваемых временно нетрудоспособным работникам за счет средств страхователя, утв. Постановлением Кабинета Министров Азербайджанской Республики от 15.09.1998 №189 (в ред. от 21.09.2022) / Regulation on the calculation and payment of mandatory state social insurance indemnities and allowances paid to employees temporarily disabled at the expense of the insured, established by Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan 15.09.1998 №189 (version 21.09.2022)
  • Постановление Кабинета Министров Азербайджанской Республики «Об утверждении Списка производств, профессий и должностей с вредными для здоровья человека физическими, химическими, биологическими, а также с иными тяжелыми производственными факторами условий труда, для которых устанавливается сокращенная рабочая неделя продолжительностью не более 36 часов» от 06.11.2004 №175 (в ред. от 30.10.2021) / Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan «About approval of the list of industries, occupations and positions harmful to human health by physical, chemical, biological, as well as other serious production factors of working conditions, which is set shorter working week of no more than 36 hours» 06.11.2004 №175 (version 30.10.2021)
Loading...