Xəstəliyə görə məzuniyyət

This page was last updated on: 2023-10-25

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi üzrə müavinətlər

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 günə görə işəgötürən tərəfindən, növbəti günlərə görə isə icbari dövlət sosial sığorta üzrə ödənişlər hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin itirilməsi müddəti üzrə bərpa olunanadək (və ya əlillik müəyyən edilənədək) sığorta edilən şəxsə ödənilir.

Aşağıdakı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət müəyyən edilmir:

  1. işçinin sığorta stajı 6 aydan az olarsa;
  2. cari iş yerində sosial sığorta ödənişləri olmadıqda;
  3. sağlamlığa qəsdən zərər vurulduqda və ya işdən yayınmaq məqsədi ilə xəstəlik barədə yanlış məlumatlar verildikdə;
  4. əmək qabiliyyətinin müvəqqəti itirilməsi işçi tərəfindən cinayətin törədilməsinin nəticəsi kimi;
  5. məhkəmə qərarı ilə icbari müalicə təyin olunduqda (ruhi xəstələr istisna olmaqla).

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aylıq tarif (vəzifə) maaşını, əlavə ödənişləri və mükafatları özündə birləşdirən əmək haqqı hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin konkret məbləği düstur əsasında hesablanır. Həmin məbləğ son 12 tam aya görə əmək qabiliyyətinin itirilməsi ayına qədər olan gəlirin məbləğindən asılıdır. Belə olan halda, bir iş gününə görə gündəlik gəlir son 12 tam aya görə əmək qabiliyyətinin itirilməsi ayına qədər olan gəlirin həmin müddət ərzində olan iş günlərinin sayına bölünməsi yolu ilə müəyyən edilir. Əgər sığorta edilən şəxs əmək qabiliyyətini itirdiyi tarixədək son 12 tam təqvim ayı ərzində işləməmişdirsə, bir iş gününə görə orta gündəlik gəlir minimum aylıq əmək haqqının məbləğinin əmək qabiliyyətinin itirilməsi ayında olan iş günlərinin sayına bölünməsi yolu ilə müəyyən edilir.

Gündəlik müavinətin maksimum məbləği aylıq maksimum həddin həmin ayda iş günlərinin sayına bölünməsi yolu ilə müəyyən edilir. Müavinətin aylıq məbləği iki aylıq vəzifə maaşının məbləğindən və ya ikiqat tarif dərəcəsindən çox ola bilməz. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin xəstəliyə görə buraxılmış günlərin sayına vurulması yolu ilə müəyyən edilir.

Ümumilikdə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği sığorta stajından asılıdır:

  • 100% gəlir – 8 ildən çox staj;
  • 80% gəlir – 5-8 il staj;
  • 60% gəlir – 5 ilədək staj.

Ayrıca hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasının başqa normaları müəyyən edilmişdir (Əsasnamə №189).

Mənbələr: Əmək Məcəlləsinin 74 maddəsi, “Sosial müavinətlər haqqında”  Azərbaycan Respublikasının 07.02.2006 tarixli 55-IIIQ nömrəli qanununun 6 maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.09.1998 tarixli 189 nömrəli qərarı ilə (01.07.2016 tarixli redaksiya) təsdiqlənmiş “Sığorta üzrə icbari dövlət sosial təzminatlarının və fəaliyyət qabiliyyətini müvəqqəti itirmiş şəxslərə sığortaçının hesabına ödənilən müavinətlərin hesablanması və ödənilməsi haqqında Əsasnamənin” II bölməsi   

Ödənişsiz tibbi yardım

Vətəndaşlar sağlamlıqların qorunması və tibbi yardımın alınması hüququna malikdirlər. Dövlət tibb müəssisələrində tibbi yardım ödənişsizdir. Hər bir kəsin, qanunvericilik aktları ilə müəyyən edilən həcmdə tibbi yardım almaq hüququ vardır.

Tibbi yardımın aşağıdakı növləri var: təxirəsalınmaz, ilkin və ixtisaslaşdırılmış. Tibbi yardım aşağıdakı formalarda göstərilir: stasionar və ambulator.

Mənbələr: “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının 26.06.1997 tarixli 360-IQ nömrəli qanununun 10, 17, 32-34 maddələri 

Məşğulluq təminatı

6 aydan az müddətə əmək qabiliyyətinin itirilməsi işdən azad olunma üçün əsas ola bilməz. Bir ildən az müddətə əmək qabiliyyətini qismən itirmiş işçilər üçün müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınır. Qanunla daha uzun müddət nəzərdə tutulmadıqda, əgər işçi altı aydan artıq müddət ərzində əmək qabiliyyətli olmaqla öz işini icra etmədikdə əmək müqaviləsinə xitam verilə bilər. Bundan başqa, işəgötürən əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində işçi barəsində intizam tədbiri görə bilməz.

Mənbə: Əmək Məcəlləsinin 74 və 189 maddələri

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin və istehsalatda baş verən bədbəxt hadisələrin normativ tənzimlənməsi:

  • Закон Азербайджанской Республики «О занятости» от 29.06.2018 №1196-VQ (в ред. от 17.02.2023) / Law of the Republic of Azerbaijan «About employment» 29.06.2018 №1196-VQ (version 17.02.2023)
  • Закон Азербайджанской Республики «Об обязательном страховании от утраты профессиональной трудоспособности в результате несчастных случаев на производстве и профессиональных заболеваний» от 11.05.2010 №999-IIIQ (в ред. от 19.05.2020) / Law of the Republic of Azerbaijan «About compulsory insurance against occupational disability as a result of accidents at work and occupational diseases» 11.05.2010 №999-IIIQ (version 19.05.2020)
  • Кодекс Азербайджанской Республики об административных проступках 2015 г. (в ред. от 06.07.2023) / Code on Administrative Offences of the Republic of Azerbaijan 2015 (version 06.07.2023)
  • Положение о критериях определения инвалидности и ограниченности возможностей здоровья, утв. Постановлением Кабинета Министров Азербайджанской Республики от 30.12.2015 №413 (в ред. от 07.06.2021) / Provisions on the criteria for determining disability and disabilities, established by the Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan 30.12.2015 №413 (version 07.06.2021)
  • Постановление Кабинета Министров Азербайджанской Республики «Об утверждении Перечня профессий, должностей по местам работы, на которых работникам установлено сокращенное рабочее время продолжительностью не свыше 36 часов в неделю, с условиями труда, требующими повышенной чуткости, волнения, интеллектуального, физического и нервного напряжения, а также имеющими иные факторы, негативно влияющие на человеческое здоровье, с указанием конкретной продолжительности рабочего времени» от 12.08.2003 №106 (в ред. от 07.03.2019) / Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan «About approval of the list of professions, positions at places of work, in which workers found reduced working time of not more than 36 hours a week, with working conditions that require high sensitivity, excitement, mental, physical and nervous tension, as well as having other factors, adversely impact on human health, with an indication of the specific working time» 12.08.2003 №106 (в ред. от 07.03.2019)
Loading...