Minimal istehlak səbətinə nə daxildir?

Əhalinin sosial durumunu müəyyənləşdirən əsas göstəricilərdən biri də minimum istehlak səbətinin dəyəri və aylıq minimum gəlirdir.

Bu yaxınlarda Nazirlər Kabineti minimum istehlak səbətinin tərkib və strukturunda dəyişikliklər etmək barədə qərar qəbul edib. Qərarı baş nazir Artur Rəsizadə imzalayıb. Sənədə əsasən, 23 iyun 2005-ci il tarixli № 118 qərarla təsdiq edilən minimum istehlak səbətinin tərkibi yeni redaksiyada verilir. Minimum istehlak səbətinin hesabı əhalinin üç kateqotiyası üzrə aparılır: əmək qabiliyyətli əhali, pensiyaçılar və 0-14 yaş arası uşaqlar.

Səbətin tərkibi əvvəllər olduğu kimi, üç qrupdan ibarətdir: ərzaq malları, qeyri-ərzaq malları və xidmətlər. Birinci iki qrup üzrə səbətin tərkibi dəyişməyib, üçüncü qrupa internet xidmətləri əlavə olunub. İnternet xidmətləri səbətə bir ailə üçün günə bir saat hesabı ilə daxil edilib. Xəbəri “Turan” agentliyi yayıb.

Mənbənin məlumatına görə, ərzaq mallarının strukturunda mühüm dəyişiklik olub. Səbətdə tərəvəz və bostan bitkiləri, kartof, süd və süd məhsulları, yumurta çoxalıb, qənd və qənnadı məmulatları isə azalıb. Balıq və balıq məhsullarının həcmi dəyişməyib. Balıq məhsullarının həcmi bütün kateqoriyalar üçün ildə 5 kiloqramdır (gündəlik norma 14 qram). 

               75 AZN qazanmaq istəyirsən?

Qeyri-ərzaq mallarının strukturunda isə xüsusi dəyişikliklər olmayıb. Məsələn, pensiyaçıya, əvvəl olduğu kimi 4 ildə 9 cüt corab nəzərdə tutulub. Yəni qanunla, pensiyaçı ilin 6 ayını bə ya 2 fəsli eyni corabda keçirməlidir.

\"Azərbaycan Respublikası 2009-cu il üçün yaşayış minimumu haqqında\" Qanuna görə, 2009-cu ildə yaşayış minimumu orta hesabla 70 manatdan (2008-ci ildə) 84 manata qədər artıb (+20 faiz). O cümlədən əmək qabiliyyətli əhali üçün ayda bu göstərici 79 manatdan 92 manata (+16,5 faiz), pensiyaçılar üçün 55 manatdan 65 manata (+18,2 faiz) və uşaqlar üçün (0-14 yaş) - 69 manat (+16,9 faiz) artıb. Göründüyü kimi, əhalinin ayrı-ayrı kateqoriyaları üzrə yaşayış minimumunun artımı 18,2 faizdən çox deyil.


İndi isə minimal aylıq gəlirin həcminə diqqət yetirək.  Məvəcib və pensiyaların minimal həddinin son artımından sonra bu göstərici 75 manata çatıb. Dövlət və ya özəl sektorda çalışmasından asılı olmayaraq məşğul əhalinin aylıq minimal gəliri məhz bu qədərdir. Bu isə yaşayış minimumundan 22,6 faiz azdır -əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 92 manatdır

Əgər minimal gəlirlə dolananın himayəsində ən azı bir nəfər, deyək ki, bir azyaşlı varsa, vəziyyət  bir az da mürəkkəbləşir. Məsələ bundadır ki, bir azyaşlının minimal aylıq xərci 69 manatdır. Məşğul vətəndaşın, deyək ki, ananın azyaşlı övladı varsa, onun aldığı 75 manat cəmi zəruru xərclərin (161 manat) cəmi 46,5 faizini təşkil edir. Yəni bu kiçik ailəyə əlavə olaraq 86 manat yardım lazımdır.

 

18.01.2010
qazancim.az

Share |