8 mart xərcləri minimal əmək haqqından çoxdur

8 Mart Beynəlxalq Qadınlar Günü yaxınlaşanda Azərbaycanda kişiləri arasında bir təlaş müşahidə edilir. Bu günün qeyd edilməsi 1910-cu ildə Klara Setkinin təşəbbüsü ilə baş tutub. Bu il də 100 illiyi qeyd olunur.

8 Mart Beynəlxalq Qadınlar Günü yaxınlaşanda Azərbaycanda kişiləri arasında bir təlaş müşahidə edilir. Bu günün qeyd edilməsi 1910-cu ildə Klara Setkinin təşəbbüsü ilə baş tutub. Bu il də 100 illiyi qeyd olunur.

Bəs bu qadınlar günü orta azərbaycanlı ailəsinə neçəyə başa gəlməsinə baxaq. Bunun üçün orta rəqəmlərdən istifadə edəcəyik və bir orta azərbaycanlı ailəsini ata, ana və bacı, qardaş kimi götürəcəyik. Yəni 1 ailədə 2 qadın və 2 kişi var. 1 kişi minimum öz həyat yoldaşı, qızı, anası və bacı və ya iş yoldaşı üçün hədiyyə almalıdır - minimum 4 qadın. Ailədəki oğlan uşağını da bura əlavə edək. O da atası kimi anasına, bacısına, təhsil aldığı yerdə müəllimlərinə, sinif və ya qrup yoldaşlarına hədiyyə almalıdır. Həmin oğlanın sevgilisinin və ya qız dostunun olmadığını hesab edək.8 mart bayramı

Nəzərə alsaq ki, bu bayramla əlaqədar ətir və güllərin qiymətləri qalxır, bayramın ata və oğula neçəyə başa gəldiyini təsəvvür edə bilərik. 1 gülün qiyməti bayram günlərində 2 - 4 AZN arasında dəyişir. Gül dəstəsi bağlatdırmaq istəyənlər isə daha çox xərcə düşməlidirlər: 20 – 40 AZN. Ətirlər isə saxta və həqiqi olmasına görə fərqlənir. Ucuz və çox vaxtı saxta olan ətirlərin orta qiyməti 10 - 15 AZN olur. Həqiqi ətirlər isə bunlara nisbətən daha baha olurlar 50 – 100 AZN. 

Beləliklə hər qadına orta rəqəmlə 10 – 30 AZN arasında hədiyyə alındığını nəzərə alsaq, ailədəki ata və oğulunda 4 qadına hədiyyə verdiyini hesab etsək ... 8 Mart Beynəlxalq Qadınlar Günü 80 – 240 AZN dəyərində başa gəlir.

Azərbaycanda minimum əmək haqqı 75 AZN, orta əmək haqqının 300 AZN-ə yaxındır. Bu bayram isə minimal əmək haqqından bahadır. Minimal əmək haqqının isə ən azı 30% qədərdir. 8 martdan bir neçə gün sonra azərbaycanlıların milli bayramı - Novruz yaxınlaşır və onun xərcləri daha çoxdur. Novruz bayramının neçəyə başa gələcəyi haqda da ayrıca araşdırma aparacağıq.

Klik

 

Share |
blog comments powered by Disqus