You are here: Home Xəbərlər Azərbaycanın ikinci böyük şəhərində cəmi 496 daimi iş yeri açılıb
 
 

Azərbaycanın ikinci böyük şəhərində cəmi 496 daimi iş yeri açılıb

by Emin Huseynzade last modified Jan 26, 2010 12:10 PM

Son 9 ay ərzində rayonda 1677 yeni iş yeri açılıb. Onlardan da 496-sı daimidir.

Bu ilin 9 ayı ərzində Gəncədə 1760, Şəmkirdə 1677 Samuxda isə 939 iş yeri yaradılıb

Gəncədə keçirilən 9 ayın yekunlarına həsr olunan hesbat iclasında icra başçısı Eldar Əzizov bildirib ki, keçən illə müqayisədə sözügedən dövr ərzində Gəncədə ümumdaxili məhsul 6,1 faiz, sənaye istehsalı 5 faiz, kənd təsərrüfatı məhsulunun istehsalı 3,6 faiz artıb.

9 ay ərzində şəhərdə 1760 iş yeri açılıb ki, onlardan 1200-dən çoxu daimidir. İlin sonunadək daha 1000 yeni iş yerinin açılması da nəzərdə tutulur.

Son 9 ay ərzində rayonda 1677 yeni iş yeri açılıb. Onlardan da 496-sı daimidir. Rayonda 2.748 ailənin 13.190 üzvünə ünvanlı sosial yardım verilir.

Cari ilin 9 ayı ərzində Samuxda 939 iş yeri yaradılıb ki, onlardan da 154-ü daimi, 322-si müvəqqəti və 463-ü isə mövsümi iş yerləridir. Hazırda rayon üzrə 732 ailə ünvanlı sosial yardım alır. Bu ailələrin orta hesabla 112 manat dəyərində yardım təyin olunub. Bu haqda Samux rayon icra hakimiyyətində 2009-cu ilin ilk 9 ayının yekunlarına həsr olunmuş hesabat iclasında məlumat verilib.

Ülvi Telmansoy

                  75 AZN qazanmaq istəyirsən?

Share |