Ölkədə orta aylıq əmək haqqı azalıb
Adambaşına orta aylıq pul gəlirləri 202 manat olub
2008-ci ilin müvafiq dövrü ilə müqayisədə ötən ilin noyabrında əhalinin nominal pul gəlirləri 1,6 milyard və ya 9% artaraq 19,8 milyard manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, gəlirlərin artım tempi 7,6% olub.
2008-ci ilin noyabr ayında əhalinin nominal pul gəlirləri 18,2 milyard manat təşkil edib.
Əhalinin adambaşınaorta aylıq pul gəlirləri 2008-ci ilin noyabr ayında 186 manat olduğu halda ötən ilin müvafiq dövründə artaraq 202 manat təşkil edib.
Nominal orta aylıq əmək haqqında son 3 ayda azalma müşahidə edilib. Belə ki, avqustda orta aylıq əmək haqqı 298 manat olduğu halda noyabrda azalaraq 296 manata düşüb. Bir il əvvəl isə bu göstərici 265,1 manat təşkil edib
26.01.2010
qazancim.az





