"Palmali" şirkətlər qrupunun 42 yaşlı prezidenti Mübariz Mənsimovun uğur hekayəti
Son dərəcə uğurlu həyatı 41 ilə sığdırmağı bacaran Mənsimov uşaqlıq illərində atasının istəyi ilə Bakıda hərbi məktəbə qəbul olur. O, burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib, 3 il ərzində daxili kəşfiyyat sahəsinin sirlərini öyrənir.
Mübariz Mənsimov – Palmali Şirkətlər Qrupunun Prezidenti
Doğulduğu yer və tarix: 22 Mart 1968, Bakı Azərbaycan - Evli - Uşaqlar: 1
Yaş: 42
Mübariz Mənsimov 22 Mart 1968 (age 41)
Doğulduğu yer və Milliyəti: Bakı, Azərbaycan
Vətəndaşı oldğu öllkə və yaşadığı ölkə: Türkiyə
İllik gəliri: 1.1 milyon dollar
Məşğuliyyəti: Palmali Şirkətlər Qrupunun və Xəzər Lənkəran FK-nun prezidenti.
“Forbes”-in dəyərləndirməsinə görə, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun sərvətinin 1 milyard 100 milyon dollara bərabər olduğu bildirilir. Mübariz Mənsimov Türkiyənin 100 ən varlı adamının arasında isə 21-cidir.
Mübariz Mənsimov, 9 uşaqlı bir azərbaycanlı ailəsində, 22 Mart 1968-ci ildə, Novruz Bayramı günü, Bakı şəhrində doğulmuşdur. Son dərəcə uğurlu həyatı 41 ilə sığdırmağı bacaran Mənsimov uşaqlıq illərində atasının istəyi ilə Bakıda hərbi məktəbə qəbul olur. O, burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib, 3 il ərzində daxili kəşfiyyat sahəsinin sirlərini öyrənir. Mübariz Mənsimov sovet daxili kəşfiyyatında müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1985-ci ildə Şərqi Almaniyaya göndərilib.
Amma dəbdəbəli həyatı ilə mediyanın gündəmində tez-tez yer alır.
Mübariz Mənsimovun sonrakı hədəfi Rusiyada satışa çıxarılan gəmilərə sahiblik etmək olub. 41 yaşındaki Mansimov 21 ildə belə bir sərvəti necə qazandığı barədə çox da danışmaq istəmir. Amma bir müddət əvvəl keçmiş ilə bağlı mətbuata açıqlama verən azərbaycanlı biznesmen “O gəmiləri heç kim almaq istəmirdi. Sibirdən gəmi aldıq. Gəminin çayın xaricində çalışması qeyri-mümkün idi. O gəmini risk altında İstanbula gətirmək qərarına gəldik. Yolda batma ehtimalı 80 faiz idi. Batmadı, duzla təmir etdirib bu şəkildə gəmi sahibi olduq. Ucuz aldıq gəmini, dəyəri 100 dollar idisə, 10 dollara götürmüşük. İşləri böyütməyimdə isə əlaqələrimin təsiri olmadığını söyləyə bilmərəm. Hər iş adamı kimi ətrafımdan dəstək gördüm”, - deyib.
O gündən bəri gərgin iş tempinə uyğunlaşan milyarder gündən-günə böyütdüyü “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən “Palmali” Şirkətlər Qrupunun sahibi bunu Rusiyada özəlləşdirmənin nəticəsi sayır. 20 ildə illik dövriyyəsi 3 milyard dollarlıq olan holdinq yaradan cənab Mənsimovun hələ ötən il Türkiyə vətəndaşlığını qəbul etdiyi deyilir. “Beşiktaş”a olan marağı ilə qardaş ölkədə diqqəti çəkən azərbaycanlı oliqarxın bir müddət klub başçılığı üçün namizəd olduğu da danışılırdı. Ancaq “Palmali”nin rəhbəri bunu təkzib etmişdi.
Palmali Qrupu'nun bugün Azərbaycan, Rusya, Bulgaristan, Yunanistan, İran daxil olmaqla 20-dən çox ölkədə ofisi var. Qrupda təxminən 45 mindən çox insan çalışır.
Təxminən 10 il əvvəl Türkiyəyə sərmayə qoymağa başlayan Mübariz Mənsimov “PalMedia” adlı şirkətin nəzdində 5 milyon dollar sərmayə ilə “Pal FM” radiosu və “Palhaber” adlı xəbər portalı da qurub. Bundan sonrakı sərmayələrini Türkiyədə edəcəyini söyləyən Mənsimov Rusiya, Azərbaycan və Türkiyədə 400 milyon dollar həcmində sərmayə planladığını da söyləyib. O, bu sırada ən böyük payı Türkiyəyə qoyacağını deyib. Bunun ilk addımı kimi 21 ölkədə ofisi olan qrupun bütün rəhbərliyini İstanbulda toplanacaq və beləcə bütün sərmayələr Türkiyədən istiqamətləndiriləcək.
03.03.2010
Qazancim.az





