You are here: Home Xəbərlər Prezident: "Altı-yeddi ay keçəndən sonra elə bil ki, nəzarət sanki bir az zəiflədi və biz bir növ yenə də elə köhnə vəziyyətə qayıtdıq"
 
 

Prezident: "Altı-yeddi ay keçəndən sonra elə bil ki, nəzarət sanki bir az zəiflədi və biz bir növ yenə də elə köhnə vəziyyətə qayıtdıq"

by Samir Qasimov last modified Apr 16, 2010 01:57 PM

"Hələ ki, iqtisadiyyatımızın müxtəlif sektorlarında işləyənlərin bir hissəsi qeyri-qanuni işləyir. Yəni maaşları qanuni şəkildə almır və beləliklə, həm vergilərdən yayınırlar, həm də bu proseslər istər-istəməz bugünkü real sosial vəziyyəti əks etdirmir. Çünki bu gün xüsusilə inşaat sektorunda, baxmayaraq ki, ciddi tədbirlər görülüb, hələ bu sahədə böyük nöqsanlar var"

aliyev2

Prezident Ilham Əliyev birinci rübdə orta əmək haqqının qalxdığını bəyan edib.  
Bu ilin yanvarın 1-də orta maaş 299 manat idi. Prezidentin sözlərinə görə, "bu gün orta əmək haqqı 304 manat, yaxud da ki, 380 dollar təşkil edir. Hesab edirəm ki, bu, yaxşı nəticədir, yaxşı göstəricidir. Ancaq əlbəttə, ölkə iqtisadiyyatı elə inkişaf etməlidir ki, orta əmək haqqı da artsın. Ümid edirəm ki, biz həm dövlət tərəfindən görüləcək tədbirlər nəticəsində və özəl sektorun inkişafı sayəsində buna nail olacağıq".

O, hələ ki, qeydiyyata düşməyən işçi qüvvəsini qeydiyyata almaq və onlara da lazımi qanuni tədbirlərin görülməsini vacib hesab edib: "Hələ ki, iqtisadiyyatımızın müxtəlif sektorlarında işləyənlərin bir hissəsi qeyri-qanuni işləyir. Yəni maaşları qanuni şəkildə almır və beləliklə, həm vergilərdən yayınırlar, həm də bu proseslər istər-istəməz bugünkü real sosial vəziyyəti əks etdirmir. Çünki bu gün xüsusilə inşaat sektorunda, baxmayaraq ki, ciddi tədbirlər görülüb, hələ bu sahədə böyük nöqsanlar vardır. Elə etməliyik ki, həm bu sektorda və başqa sektorlarda – ticarət, ictimai-iaşə obyektlərində işləyən hər bir vətəndaş maaşı zərfdə deyil, qanuni şəkildə alsın, onun vergisini ödəsin. Beləliklə, əminəm ki, əgər biz buna maksimum dərəcədə nail ola bilsək, - deyə bilərəm ki, heç bir ölkədə, ən inkişaf etmiş ölkədə buna nail olmaq mümkün deyil, - bu, büdcəmizə həm əlavə vəsait gətirəcək, eyni zamanda, statistik göstəricilərimiz daha da dolğun olacaqdır. 

Əslində bu gün, hətta indiki tənzimləmə üsulları ilə statistik göstəricilərimiz, demək olar ki, real vəziyyəti əks etdirir. Azərbaycanda yoxsulluq səviyyəsi 11 faiz səviyyəsindədir. Ancaq mən əminəm ki, əgər biz bu sahədə tam şəkildə şəffaflığa nail olsaq görərik ki, yoxsulluğun səviyyəsi ondan da aşağıdır. Çünki bu gün qeydiyyata düşməyənlər, qeyri-rəsmi qaydada maaş alanlar o statistikaya daxil edilmir, sanki yoxsul təbəqə kimi göstərilir. Əgər biz bu sahədə ciddi irəliləyişə nail olsaq, bu, hər cəhətdən daha yaxşı olacaqdır. 

Bu sahədə müəyyən işlər görülüb. Ancaq bu işlər kampaniya xarakteri daşımamalıdır. Xatırlayıram, mənim bir çıxışımdan sonra bu sahədə çox ciddi tədbirlər görülməyə, ciddi nəzarət tətbiq edilməyə başlamışdı. Ondan altı-yeddi ay keçəndən sonra elə bil ki, nəzarət sanki bir az zəiflədi və biz bir növ yenə də elə köhnə vəziyyətə qayıtdıq. Yəni, bu məsələ daim ciddi araşdırılmalıdır".

 

16.04.2010
Qazancim.az

                 Klik

Share |