45 min əcnəbi Azərbaycanda qanunsuz işləyir

Hazırda Azərbaycan Respublikasında 60 minə yaxın əcnəbi miqrant yaşayır. Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin məsələyə qarışandan sonra “SerbAz” firması 1500 fəhləyə gizlədilən 3 milyon avro ödəyib.

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin (AMM İB) hesabatında bildirilir ki, ölkədə 5 min əcnəbiyə əmək fəaliyyətilə məşğul olmaq üçün fərdi icazə verilib. AMM İB-nin prezidenti Əlövsət Əliyevin sözlərinə görə, 45 minə yaxın əməkçi isə miqrant əmək fəaliyyətilə məşğul olur. Onlar əmək müqaviləsi olmadan və qeyri-formal iqtisadiyyat sahəsində fəaliyyət göstərirlər. 

“Təkcə “SerbAz” firması tərəfindən əmək müqaviləsi bağlamadan 1500 nəfər əcnəbinin işə götürülməsi faktına görə, dövlət büdcəsindən hüquqi şəxsin mənfəət vergisi kimi ödənilməli olan 9,9 milyon manat gizlədilib”. Ə.Əliyev onu da bildirib ki, yalnız rəhbərlik etdiyi AMM İB məsələyə qarışandan sonra “SerbAz” firması 1500 fəhləyə 3 milyon avro ödəyib.

Qeyd edək ki, həmin fəhlələrin çoxu Bosniya və Hersoqovinadan olub. Onlar 6 aylıq əməkhaqqının verilmədiyi bildirilirdi.

 

09.03.2010
Moyazarplata.az

                     Klik

Share |