You are here: Home Xəbərlər Qazancim.az Xəbərlər Azərbaycanda telefon sorğu xidməti fevraldan tam pullu olacaq
 
 

Azərbaycanda telefon sorğu xidməti fevraldan tam pullu olacaq

by Emin Huseynzade last modified Jan 28, 2010 06:08 PM

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyi (BTRİB) fevralın 1-dən etibarən «109» telefon sorğu xidmətini ödənişli əsasa keçirir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyi (BTRİB) fevralın 1-dən etibarən «109» telefon sorğu xidmətini ödənişli əsasa keçirir.

Tarif Şurasının qərarına əsasən, əhali üçün bir sorğuya xidmət haqqı 20 qəpik, idarə və müəssisələr üçün isə 40 qəpikdir.
Artıq bu xidmətdən istifadə edən abunəçilər «012 109» nömrəsini yığmalıdır.

Hazırda bu xidmətin təqdim edilməsi ilə 120 nəfər işçi məşğuldur. Xidmətin illik gəliri 452 min manat olduğu halda, xərcləri 8,5 mln. manatdan çoxdur.

Qeyd edək ki, ötən həftə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən kollegiya iclasında bu xidmətin rentabelliyinin aşağı olduğu qeyd edilib və bu vəziyyətdən çıxış yolu kimi bu sahədə «Dilmanc» sisteminin tətbiqi təklif olunub.

Beləliklə, bu xidmətin avtomatik şəkildə işləməsini təmin etmək məqsədi ilə «Dilmanc» Azərbaycan-ingilis tərcümə sisteminin nitqin tərcüməsi modulunun tətbiq edilməsi nəzərdə tutulur.

 

28.01.2010
APA-ECONOMICS

                     75 AZN qazanmaq istəyirsən?

az.mojazarplata.org/Azerbaijan - az

Jan 28, 2010

Share |