Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi apreldən istehsal obyektlərində yoxlamalar keçirəcək.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi apreldən istehsal obyektlərində yoxlamalarkeçirəcək. "Reydlər müfəttişliyin aprel üçün proqramı əsasında keçiriləcək və onlar iqtisadiyyatın bütün sahələrini, işçilərin hüquqlarının ən çox pozulduğu yerləri əhatə edəcək", - müfəttişliyin rəhbəri Nəbi Şükürlü.
Onun sözlərinə görə, yoxlamalar, əsasən, mövsümi istehsalat obyektlərində aparılacaq. Dövlət Əmək Müfəttişliyinin məlumatına görə, yalnız yanvar-fevral ayları ərzində Azərbaycanda istehsalatda 29 bədbəxt hadisə baş verib. Onlardan yeddisi tikinti sektorunda olub. Həmin dövrdə 10 nəfər həlak olub, o cümlədən, tikinti sektorunda beş nəfə.
Altı halda (üçü tikinti sektorunda baş verib) günahkar müəssisə, 15 halda zərərçəkmiş, dörd halda müəssisə və zərərçəkmiş olub. Dörd hadisə isə kənardan müdaxilə nəticəsində baş verib.
28 aprel Beynəlxalq Əməyin Mühafizəsi Günü elan olunub. Ümumdünya Əmək Təşkilatının məlumatına görə, hər il dünyada istehsalat obyektlərində 2,2 milyon nəfərə yaxın adam ölür.
11.03.2010
Qazancim.az
az.mojazarplata.org/Azerbaijan - az
Mar 11, 2010





Previous:
Azərbaycanda yaşlıların məşğulluq mərkəzləri yaradılacaq
