You are here: Home Xəbərlər Qazancim.az Xəbərlər Azərbaycanda alimin maaşı – 90 manat
 
 

Azərbaycanda alimin maaşı – 90 manat

by Samir Qasimov last modified Mar 15, 2010 01:04 PM

az-pul«12 manat işıq pulu, 2 manat qaz pulu, 6 manat da su ilə telefon pulu, 20 manat  ancaq kommunal xərclərə gedir» Gənc alim Mahir Şükürlü deyir ki, nə qədər qənaət etsə də, 90 manat maaşının ən azı 20 manatını kommunal xərclərə ödəyir: «Təkcə bir adamın yeməyi üçün gündə ən azı 5 manat lazımdır. Ailəli adama bir aya 90 manat necə çata bilər». 
 
Ona görə də gənc alim ali məktəblərə hazırlaşan uşaqlara əlavə dərs keçir. Elmdə kəşflər eləmək, oturub yaradıcılıqla məşğul olmaq Mahirin də arzusudur. Ancaq iqtisadi sıxıntı içində arzusu elə arzu olaraq qalır. Çünki o əlavə pul qazanmaq haqqında daha çox fikirləşdiyindən yaradıcılıq haqqında fikirləşə bilmir:
 
«Axtarışların özü xərclər tələb edir. Belə də deyirlər ki, elm fədakarlar hesabına inkişaf edir. Buna ciddi yanaşmıram. Bir tikə çörək axtaran adam heç vaxt elmi həqiqət axtarmaz»
 
Hal-hazırda Azərbaycanda 10 minə yaxın alim var.
 
 
15.03.2010
Azadliq.org 

                    Klik

az.mojazarplata.org/Azerbaijan - az

Mar 15, 2010

Share |