You are here: Home Xəbərlər Qazancim.az Xəbərlər Azərbaycanda yaşlıların məşğulluq mərkəzləri yaradılacaq
 
 

Azərbaycanda yaşlıların məşğulluq mərkəzləri yaradılacaq

by Emin Huseynzade last modified Mar 10, 2010 05:13 PM

ahil

Azərbaycanda Avropa Komissiyasının "Qeyri-hökumət və yerli səlahiyyətli qurumlar inkişafda" proqramı çərçivəsində "Yaşlıların təhsili mərkəzləri kasıbçılığın azaldılması, təhsil və sosial həmrəylik üçün imkan kimi" yeni layihəsi başlanıb.

30 aylıq müddəti əhatə edəcək layihə Azərbaycanın cənub rayonlarında (Masallı, Cəlilabad, Lənkəran, Yardımlı, Lerik və Astara) həyata keçiriləcək. Layihədə iştirakla bağlı bu təşkilatlara müraciət etmək lazımdır -  Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu, Aqro-məsləhət QHT və Yaşlıların Təhsili Assosiasiyası.

Layihənin əsas məqsədi Azərbaycanın Respublikasının kənd ərazilərindəki yaşlılar üçün təhsil mərkəzlərinin yaradılması, onların vasitəsilə məşğulluğun və sosial həmrəyliyin artırılmasıdır.

Layihə Avropa Komissiyası (75%) və Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) (25%) tərəfindən birgə maliyyələşdirilir. Onun ümumi büdcəsi 596,066 avrodur.

 

10.03.2010
Qazancim.az

                      Klik

az.mojazarplata.org/Azerbaijan - az

Mar 10, 2010

Share |