Baş nazir: orta pensiya 104, maaş isə 298 manatdır
Parlamentdə hökumətin hesabatını təqdim edən baş nazir Artur Rasizadə bildirib ki, ötən il Azərbaycan iqtisadiyyatı üçün uğurlu keçib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycandakı iqtisadi artımı yüksək qiymətləndirib. A.Rasizadə qeyd edib ki, ötən il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 9,3% artaraq 34 mlrd. manat, orta aylıq əmək haqqı 6,8% artaraq 298 manat olub.
Rəsmi məlumatlara görə, orta aylıq əmək pensiyası isə 104 manat təşkil edib. 2009-cu ildə ölkə üzrə 654 min nəfərə ünvanlı sosial yardım verilib. Yoxsulluğun səviyyəsi 2 faiz azalaraq 11%-ə enib. Baş nazirin sözlərinə görə, respublikada 75 minə yaxın yeni iş yeri açılıb.
17.03.2010
Qazancim.az
az.mojazarplata.org/Azerbaijan - az
Mar 17, 2010





Previous:
Azərbaycanda alimin maaşı – 90 manat
