Ərzaq yenidən bahalaşdı
Qiymət artımı demək olar ki, əsasən ərzaq mallarını əhatə edir
Ticarət obyektlərindən verilən məlumata görə, son bir ay ərzində kərə yağlarının qiyməti növündən asılı olaraq 8-15 % artıb. Ən çox bahalaşma ankor yağıdır - onun topdansatış qiyməti 6 manatdan 7 manata qalxıb. Zelandiya yağlarının kiloqramı 50 qəpik artıb. Yerli istehsal olunan duru yağları isə 5-6 % bahalaşıb. Qiymət artımı özünü şəkər tozunda da göstərib. Son 1 ayda şəkər tozunun kiloqramının topdansatış qiyməti təqribən 4 faiz bahalaşaraq 79 qəpikdən 83 qəpiyə qalxıb. Qəndin kiloqramı 90 qəpikdən 93-ə qalxıb. Ölkənin əsas şəkər tozu olan azərsun şirkəti şəkərin qiymətinin artmasını dünya bazarında şəkər çuğundurunun bahalaşmasıyla izah edir. Amma şrkət əmin edir ki, azərbaycanda qiymət artımı dünya bazarına nisbətən qat-qat aşağıdır – çünki dünyada qiymət artımı təqribən 25 % olub.
Qiyməti artan malların bir hissəsi rusiyadan gətirilənlərdir – qonşu ölkədən gələn peçenye və un məmulatları 8-10%, balıq konservləri 4 % bahalaşıb. Ən çox bahalaşan ərzaq mallarından biri də süd məhsullarıdır. Rusiyadan gətirilən və yerli istehsal olan süd məhsullarının əksəriyyətinin qiyməti təqribən 10 % artıb.
04.02.2010
Qazancim.az
az.mojazarplata.org/Azerbaijan - az
Feb 04, 2010





Previous:
Manat dəyərdən düşür
