Məhkəmə orqanlarında işləmək üçün “kimlərəsə müraciətlər edirdilər, kimlərəsə zənglər olurdu”
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 42 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqənin ilk test imtahanı keçiridi. Komissiyanın sədri Bəhram Xəlilov bildirib ki, müsabiqəyə 4100-dən çox namizəd ərizə verib və hər imtahanda 42 nəfər iştirak edir: “İmtahanlar kompüter vasitəsilə keçirilir. Bunun üçün xüsusi proqram təminatı və test bankı hazırlanıb. Çalışmışıq ilk növbədə imtahanın obyektivliyini və şəffaflığını təmin edək. Test bloku 100 sualdan ibarətdir. Namizədlərə hansı sualın veriləcəyini yalnız kompüter müəyyən edir. Bu gün Qiymətli Kağızlar üzrə Komitəsinə 42 nəfər imtahan verir. Sualları cavablandıran kimi, namizədlər dərhal nəticələri biləcəklər”.
Komissiya sədri deyib ki, test imtahanlarının nəticələri müəyyənləşdikcə paralel olaraq ikinci – müsahibə mərhələsi də aparılacaq. Müsahibə mərhələsi yaxın 10 gün ərzində başlayacaq.
B. Xəlilovun sözlərinə görə, ilk dəfə olaraq məhkəmə orqanları üzrə müsabiqəyə 44 vakant vəzifə çıxarılıb: “Namizədlər arasında məhkəmə orqanlarına maraq daha çoxdur. İndiyə qədər çoxları bu orqanlarda işləmək istəyirdilər. Kimlərəsə müraciətlər edirdilər, kimlərəsə zənglər olurdu. Amma indi hamı üçün bərabər şərait yaradılıb”.
30.04.2010
Qazancim.az






Previous:
Prezident: Pensiyalar və maaşlar artırılacaq
