You are here: Home Xəbərlər Qazancim.az Xəbərlər Milli Kitab Mükafatını qazanmaq üçün rüşvət verdilər
 
 

Milli Kitab Mükafatını qazanmaq üçün rüşvət verdilər

by Emin Huseynzade last modified Jan 28, 2010 10:02 AM

"Pul təklif edən də olub. Hətta kişi ətriyyatları, rayon pendiri, müxtəlif meyvələr gətiriblər. Ancaq sözsüz ki, bunların heç biri qəbul olunmayıb və müsabiqə tam obyektivliklə keçirilir”.

Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli elan olunan mükafata əsər təqdim edən bəzi müəlliflərin yüksək yer qazanmaq üçün rüşvət təkliflər etdiyini deyib. "Pul təklif edən də olub. Hətta kişi ətriyyatları, rayon pendiri, müxtəlif meyvələr gətiriblər. Ancaq sözsüz ki, bunların heç biri qəbul olunmayıb və müsabiqə tam obyektivliklə keçirilir”.   N. Köçərli müsabiqə iştirakçılarına müraciət edib: “Münsiflər və ekspertlər adından bildirirəm ki, heç kimə zəng etdirmək və tapşırtdırmaq lazım deyil. Biz qalibi zənglər, tapşırıqlar əsasında seçməyəcəyik. Əgər bundan sonra da zənglər olsa, biz tapşırılan əsəri müsabiqədən çıxaracağıq”.

Milli Kitab Müsabiqəsində I yerin sahibi 3000 manat, II yerin sahibi 2000 manat, III yerin sahibi isə 1000 manat qazanacaq. Bundan əlavə,
Gənclər və İdman Nazirliyi bir gənc yazıçıya 1000 manat məbləğində mükafat verməyi planlaşdırır. Sizcə bu yaxşı məbləğdir? Ümumiyyətlə yazıçı işləməklə nə qədər gəlir əldə etmək olar? İş haqqında anketimizi burada doldura bilərsiniz.

 

26.01.10
qazancim.az

                     75 AZN qazanmaq istəyirsən?

az.mojazarplata.org/Azerbaijan - az

Jan 26, 2010

Share |
blog comments powered by Disqus