You are here: Home Xəbərlər Qazancim.az Xəbərlər Ölkə üzrə ən aşağı əməkhaqqı Şəki-Zaqatala iqtisadi rayonundadır
 
 

Ölkə üzrə ən aşağı əməkhaqqı Şəki-Zaqatala iqtisadi rayonundadır

by Emin Huseynzade last modified Mar 04, 2010 05:17 PM

Ölkədə ən yüksək maaş paytaxt Bakıda çalışan işçilərin payına düşür. Dövlət Statistika Komitəsi işləyənlərin əmək haqqının iqtisadi rayonlar üzrə bölgüsünü açıqlayıb. Bakıdan fərqli olaraq, regionlarda maaşlar xeyli aşağıdır.

2009-cu ilin nəticələrinə görə, ötən il respublika üzrə orta aylıq əmək haqqı 298 manat olub. Ən yüksək maaş Bakı şəhərindədir - 425 manat. Bu sırada ikinci yeri, amma təminən 2 dəfə aşağı maaşla 242 manatla Naxçıvan Muxtar Respublikası tutur. Ölkənin digər iqtisadi rayonlarında əmək haqlarının məbləği 210 manatdan 175 manatadək dəyişir.

Əsas sənaye müəssisələrinin cəmləşdiyi Abşeron iqtisadi rayonunda maaşlar da Bakıdakından aşağıdır - 210 manatdır. Şəki-Zaqatala iqtisadi rayonu isə orta aylıq əmək haqqının səviyyəsinə görə ən aşağı yerdə qərarlaşıb. Ötən il bu regionda işçilərin orta aylıq maaşı cəmi 175 manat olub.

 

04.03.2010
Qazancim.az

                         75 AZN qazanmaq istəyirsən?

az.mojazarplata.org/Azerbaijan - az

Mar 04, 2010

Share |