You are here: Home Xəbərlər Qazancim.az Xəbərlər Prezident: Pensiyalar və maaşlar artırılacaq
 
 

Prezident: Pensiyalar və maaşlar artırılacaq

by Samir Qasimov last modified May 04, 2010 10:03 AM

İlham Aliyev

Prezident Azərbaycanın daha da sürətlə inkişaf edəcəyini, müasirləşəcəyini, beləliklə, ölkəmizin uzunmüddətli inkişaf strategiyasının təmin olunacağını bildirib: “Bu strategiya elə qurulmalıdır ki, təbii resurslardan asılılıq minimum səviyyəyə endirilsin. Biz ölkə iqtisadiyyatını elə qurmalıyıq və elə qururuq ki, təkcə bir sahədən asılı olmayaq. Ona görə şaxələndirmə prosesi Azərbaycanda geniş vüsət alıb. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti kəskin düşüb, Azərbaycan iqtisadiyyatı yenə də artır. Sadə Azərbaycan vətəndaşları o böhranın acı nəticələrini demək olar ki, hiss etməyib. Çünki inflyasiya sabit qaldı, biz qiymətlərin artımına imkan vermədik. Sadəcə qiymətlər 1,5 faiz artdı, maaşlar, pensiyalar vaxtında verildi və bu proses bu gün də davam edir. Bu il də maaşların, pensiyaların artımı nəzərdə tutulur. Bu da olacaq”.

Bunları İlham Əliyev Şirvan şəhərinə aprelin əvvəli səfəri zamanı ictimaiyyət qarşısında çıxışında deyib.

 

02.05.2010
Qazancim.az

                          Klik

 

az.mojazarplata.org/Azerbaijan - az

Apr 05, 2010

Share |