Qar və şaxta özü ilə birlikdə qayğı kimi, bir çoxlarına xeyir də gətirib
Uzun müddət alıcısı az olan isti qiş geyimləri satanlar sevinsə də, soyuq qarlı-şaxtalı günlər əlavə pul xərcləyib isti geyimlər alanlar üçün bu bir az baha başa gəldi.
Uzun müddət alıcısı az olan isti qiş geyimləri satanlar sevinsə də, soyuq qarlı-şaxtalı günlər əlavə pul xərcləyib isti geyimlər alanlar üçün bu bir az baha başa gəldi.
Amma bu il qar və şaxta özü ilə birlikdə qayğı kimi bir çoxlarına xeyir də gətirib. Kəskin soyuq havalar qış geyimlərinə bir neçə dəfə ehtiyacı artırıb. Havaların kəskin soyuması ilə geyim mağazalarındakı alıcı qıtlığı aradan qalxıb. Apardığımız araşdırma nəticəsində bəlli oldu ki, xüsusilə uzunboğaz çəkmələr və baş geyimlərində alıcı sayı artıb.
İlin əvvəlindən havaların isti keçməsi qalın qış geyimlərinin satışında durğunluğa səbəb olmuşdu. Havaların qəfil soyuması isə bunun əksinə vəziyyəti gətirib. Söhbətləşdiyimiz satıcılar da bunu təsdiqləyir. Havaların yenidən qızması bu biznesə necə təsir etməsi isə hələlik bəlli beyil.
Satıcılar deyir ki, alıcı qıtlığı yarandığından qiymətlərdə sərfəli endirimlər ediblər. Elə həmin endirimlər indi də davam edir. Sizin fikrinizcə böhran zamanı daha çox pul xərcləyirsiniz ya çox? Maliyyə işlərinizin əslində necə olmasını müəyyən etmək istəyirsinizsə, sizin üçün hazırladığımız bu testdən keçin.
29.01.10
az.mojazarplata.org/Azerbaijan - az
Jan 29, 2010




Previous:
Azərbaycanda telefon sorğu xidməti fevraldan tam pullu olacaq
