Tunel və stansiyalarda 12-13 minə yaxın sərnişin qalıb

Ötən gün Bakı Metropolitenində elektrik enerjisinin kəsilməsi nəticəsində tunel və stansiyalarda 12-13 minə yaxın sərnişin qalıb. Bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

T.Əhmədovun sözlərinə görə, tuneldə olan sərnişinlər arasında stress və halsız vəziyyətə düşənlər də olub: «Bu hallar bizim üçün heç bir çətinlik törətməyib və 20 dəqiqə ərzində Metropolitenində qalmış sərnişinlərin hamısı evakuasiya olunub. Ən uzun proses «Ulduz» və «Məşədi Əzizbəyov» stansiyaları arasında olub”.

Qeyd edək ki, ötən gün saat 12:00 radələrində Bakı şəhərinə verilən elektrik enerjisinin kəsilməsi nəticəsində Bakı Metropolitenində qatarların hərəkəti dayanıb.  Metroda baş verən hadisə nəticəsində minlərlə adam iş yerlərinə vaxtında çata bilməyib. Saat 14.00-da gərginlik verildikdən sonra qatarların hərəkəti bərpa olunub.


10.02.2010
Qazancim.az

                   75 AZN qazanmaq istəyirsən?

Share |