Şagirdlər üçün "Bazar"

Bakı məktəblərində meyvə-tərəvəz və ağartı məhsullarının satılması planlaşdırılır. Bu təkliflə Bakı Təhsil İdarəsi çıxış edib. Qurumun mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı açıqlamasında bildirib ki, Bakı Təhsil İdarəsi məktəblərdə şagirdlərə təzə meyvə-tərəvəz və ağartı məhsullarının satılması təklifi ilə çıxış edib.

Bakı məktəblərində meyvə-tərəvəz və ağartı məhsullarının satılması planlaşdırılır. Bu təkliflə Bakı Təhsil İdarəsi çıxış edib. Qurumun mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı açıqlamasında bildirib ki, Bakı Təhsil İdarəsi məktəblərdə şagirdlərə təzə meyvə-tərəvəz və ağartı məhsullarının satılması təklifi ilə çıxış edib. Onun sözlərinə görə, orta məktəblərdə təhsil alan şagirdlərin sağlamlğı üçün belə bir təkliflə çıxış edilib.

Z.Əliqızı qeyd edib ki, ictimaiyyətin rəyini öyrənmək məqsədilə Bakı Təhsil İdarəsinin rəsmi internet saytında bununla bağlı sual da yerləşdirilib. “Biz istəyirik ki, meyvə-tərəvəzlə yanaşı ağartı məhsullarının satışı da reallaşsın. Birinci mərhələdə əsəs məqsəd odur ki, ictimaiyyətin rəyini öyrənək, ikinci mərhələdə isə faydalı məhsulların məktəblərdə satışı təşkil olunsun. Türkiyədə də buna oxşar addım atılıb” - deyə o, əlavə edib.

Təhsil idarəsinin rəsmisi bildirdi ki, əgər ideya müsbət nəticə versə, hər məktəb xüsusi səhmdar cəmiyyəti tərəfindən meyvə-tərəvəzlə təmin olunacaq: “İdeya təsqid olunacağı halda, yeni təhsil ilindən məktəblərdə meyvə-tərəvəz satışının tətbiqinə başlanılacaq. Məktəblərdə əsasən meyvələrdən banan, mandarin, alma, kök, ağartı məhsullarından isə qatıq, kəsmik, süd və digər məhsullar satılacaq. Qiymətlər isə bazar qiymətindən ucuz olacaq”. 

Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilov bu məsələyə müsbət reaksiya bildirmədi. O, Milli.Az-a açıqlamasında qeyd etdi ki, məktəblərdə yalnız bufetlər olmalıdır. Türkiyədə də belə olduğunu deyən F.Cəlilovun fikrincə, bazarları məktəblərə daşımaq olmaz: "Belə bir praktikadan istfadə olunarsa, bu, təhsil sahəsində növbəti özbaşınalığa əsas verəcək".

 

08.02.2010
Milli.az

                 75 AZN qazanmaq istəyirsən?

Share |