Titanikin rekordunu qıran film - "Avatar" martın 7-də Oskar ala bilər!
12 ildən sonra 2 milyard 500 milyon qazanc gətirərək "Titanik" filminin 1 milyard 836 milyonluq rekordunu dünyada təzələyən "Avatar" filmi oldu.
12 ildən sonra 2 milyard 500 milyon qazanc gətirərək "Titanik" filminin 1 milyard 836 milyonluq rekordunu dünyada təzələyən "Avatar" filmi oldu.
Dünyanın ən məşhur filimləri sırasında olan "Titanik" və "Terminator"un rejisoru Ceyms Kameron 10 il üzərində işlədiyi Avatar filmini nəhayyət dekabr ayında ekranlara çıxardı.
İlk açılış günündə 26 milyon dollar qazanc gətirdi. Üçüncü həftədə isə gəlir artıq 1 milyard dolları keçdi. Oskar mükafatına namizəd "Avatar"ın çəkilişinə 237 milyon dollar pul xərclənib. Reklam xərclərinə isə 150 milyon dollar xərclənib. Filimin mövzusu isə 22-ci əsirdə Navi adlı yox olmaq üzrə olan, xalqın yaşadığı Pandora adlı planetdən bəhs edir. Ceyk Salli, özlərinə uyğun dilləri və mədəniyyəti olan Navi xalqının içinə göndərilər.
Hərbi şirkət bu planeti araşdırmaq üçün AVATAR adlı bir proqram düzəldir. Bu proqram ilə adamlar yarı-insan yarı-Navi formasına çevrilir və misioner olaraq Pandoraya göndərilir. Filmdə Michelle Rodriguez, Sam Worthington, Zoe Saldana və başqaları çəkilib.
Film Altın Qlobus mükafatında ən yaxşı filim və rejisor mükafatına layiq görülüb. 7 martda keçiriləcək Oskar mükafatında 9 nominasiya üzrə mübarizə aparacaq.
03.03.2010
Qazancim.az





