Müsahibə zamanı nitq səlis, səs tonu gümrah, dinamik olmalıdır. Əgər çay, qəhvə və ya su təklif olunursa, namizəd bir şey içmək istədiyi təqdirdə (xüsusilə həyəcandan boğazı quruduqda) bunu deyə bilər. Əgər namizədə verilmiş suallar yalnız “bəli” və ya”xeyir” cavabı tələb edirsə, onlara belə də cavab verməlidir. Bunlara” Qapalı suallar” deyilir və müsahibə zamanı onlardan az istifadə edilir. Qapalı sual verildikdə əlavə izahatlara ehtiyac yoxdursa, onu qısa cavablandırmaq lazımdır.