Müsahibədə ən çox rastlanan səhvlər

Müsahibədə səhvlər, uğursuzluqlar və tənqid barədə suallar birmənali verilmir. Bu suallardan düzgün və həssaslıqla istifadə edən işəgötürən sizin iş üçün əsas olan bir çox keyfiyyətlərinizi üzə çıxarmağa çalışacaq.

Müsahibədə səhvlər, uğursuzluqlar və tənqid barədə suallar birmənali verilmir. Bu suallardan düzgün və həssaslıqla istifadə edən işəgötürən sizin iş üçün əsas olan bir çox keyfiyyətlərinizi üzə çıxarmağa çalışacaq. Məsələn, heç səhv etmədiyini, uğursuzluğu olmadığını deyən namizəd ya yalan danışır, ya da indiyədək heç bir ciddi işlə məşğul olmayıb. Bu səbəbdən sizdə aşağıda verilən suallara və onların münasib cavablarına diqqət yetirsəniz, yeni işinizə bir addım daha da yaxınlaşarsınız:

  1. Sizə indiyədək  çox yararlı olan, yaxşı nəticə çıxardığınız tənqid nə barədə və necə olmuşdur?

  2. İndiyədək etdiyiniz səhvlərdən nə öyrənmisiniz?

  Sualın verilməsində  məqsəd sizin nə zaman, hansı səbəbdən tənqid olunduğunuzu, tənqid etmək, tələyə salmaq məqsədi ilə də verilə  bilər. Eyni zamanda bu cür suallar sizin səhvlərdən nəticə çıxarmaq və öyrənmək bacarığınızı yoxlaya bilər. Ona görə, qabaqcadan cavablarınızı hazırlayın.

 

Minimal Əmək haqqı məbləğində pul QAZANMAQ istəyirsiz? 
Onda sorğuda iştirak edin və bu şansı sizdə əldə edin!

 

  Namizəd cavabında iş təcrübəsinin ilk illərində - işə yeni başladığı  zaman etdiyi və düzəldilməsi mümkün olan bir misal danışmalıdır. Məsələn: “Mən işə yeni başlayanda öz üzərimə həddindən artıq çox yük götürməyimə görə tənqid edilmişdim. Sonralar isə bu istəyimi lazımi dərəcədə tənzimləyib öhdəsindən gəldim. O vaxt tənqid edilməsəydim, elə də davam edərdim.”

  3. Tez-tez səhv edirsiniz?

   Namizəd cavabında heç zaman səhv etmədiyini deyərsə, özü barədə  şübhə yarada bilər. Ən yaxşı cavab səhv etməməyə çalışdığını, lakin çox nadir hallarda onlara yol verdiyini deyə bilər. O, səhvlərini düzəltməklə yanaşı, eyni zamanda onlardan öyrəndiyini də deməyi unutmamalıdır.

 

15.02.2010
Qazancim.az

                     75 AZN qazanmaq istəyirsən?

Loading...